Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1195

İzmirdə "Şuşa ili" çərçivəsində "Gənclərə dəstək" layihəsinin konserti

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17 may 2022-ci il tarixində Türkiyənin İzmir şəhərində Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olumnuş konsert keçirilmişdir. Konsertdə dahi bəstəkar Fikrət Əmirovun əsərləri səslədirilmişdir. Konsertin solistləri "Gənclərə dəstək" layihəsi iştirakçıları, respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri idi. Qeyd edək ki, layihənin rəhbəri Xalq artisti, Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, koordinatoru isə musiqişünas Ayla Kərimova-Zəkəriyyədir.

***

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 may 2022-ci il tarixində Türkiyənin İzmir şəhərində Suat Taşer Sanat Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının "Şuşa ili" çərçivəsində konserti keçirilmişdir.

Proqramda respublika və beynəlxalq müsabiqələr laureatları Nurlanə Abdullazadə (vokal), Zümrüd Məmmədova (xanəndə), Zəminə Babayeva Yalçın (qanun), Nuranə Əliyeva (piano), Elçin Hetəmli (tar), Surə Rüfət (violin) və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı alətləri orkestirinin artisti qanun ifaçısı Natəvan Həsənova və onun tələbələri İlkanə Cəfərova, Təhminə Əlixanova, Ülviyyə Dadaşova, Zilhiccə İsmayılova tamaşaçılara biri birindən gözəl ifalar təqdim etdilər. Bütün iştirakçıları konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva müşayiət edirdi.

Tədbirin koordinatorları - Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasının doktorantı, qanun ifaçısı Zəminə Babayeva Yalçın idi. Onu da qeyd etmək lazımdır ki, Zəminə Babayeva Yalçın ilk azərbaycanlı qanun ifaçısıdır ki xaricdə “Türkiyə və Azərbaycan musiqisində qanun ifaçılığı” adlı kitabını nəşr etdirib.

Konsertin sonunda Zümrüd Məmmədovanın ifasında “Qarabağ şikəstəsi” səslədirilmişdir iştirakçılar diplom və təşəkkürnamələr ilə təltif olunmuşdurla. “Halk Eğitimi  Merkezi”nin direktoru Suat Korkmaz "Gənclərə dəstək" layihəsinin təşkilatçılarına, Mədəniyyət Nazirliyi və Akademik Filarmoniyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası rəhbərliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Gənclərə dəstək" layihəsi 2016-cı ildən həyata keçirilir. Ötən müddətdə gənc musiqiçilərə sənət yolunda dəstək olan layihə üzrə çoxsaylı konsertlər təşkil edilib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib