Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1768

Şuşada “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir

Mayın 19-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb. 

Tədbiri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli açaraq qonaqları salamlayıb.

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Şuşaya gələn beynəlxalq tədbirin iştirakçılarını salamlayar bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti sayəsində bu gün Azərbaycanın dilbər guşəsi olan Şuşada bir araya gələ bilmişik: “Bu gün tədbirdə iştirak edən xarici qonaqlarda sual yarana bilər ki, nəyə görə Şuşa bizim üçün bu qədər önəmlidir? Ona görə ki, Şuşa Azərbaycan mədəniyyətinin özüdür, zənginliyidir və irsimizdir. Bu şəhərin hər daşı bizim üçün o qədər əzizdir ki, hətta Vətən müharibəsi zamanı bizim igid Ordumuz yalnız yüngül silahlardan istifadə edərək tarixi abidələrimizə zərər yetirməməyə çalışdı. Bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi plan əsasında Şuşada çox böyük yenidənqurma işləri həyata keçirilir. Şəhərdə infrastrukturun yenidən qurulmasına çox böyük diqqət yetirilir. Hazırda göründüyü kimi, burada sosial infrastrukturun inşasına başlanılıb. Bu yenidənqurma işləri vaxtilə Şuşadan didərgin düşən həmvətənlərimizin tam rahat şəkildə doğma ocaqlarına qayıtmalarına şərait yaradacaq. Əminəm ki, Şuşanın ab-havası sizə müsbət təsir göstərəcək və bu məkanda bundan sonra da bir çox tədbirlərdə sizlərlə bir araya gələcəyik”. 

Sonra beynəlxalq konfrans panel iclasla işini davam etdirdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçən iclasda TÜRKSOY-un Baş katibi, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru Ebber Ndoro və digər qonaqlar çıxış ediblər. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliğindən danışıb. Bildirib ki, Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya daxil edilib. Çövkən artıq Qarabağla yanaşı, ölkəmizin digər regionlarında geniş yayılıb. 

Emin Hüseynov milli-mədəni dəyərlərimizin qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm xidmətlərini də diqqətə çatdırıb.  

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos  konfrans iştirakçılarına videomüraciətində Şuşada keçirilən tədbirdə iştirak edə bilməməsinə görə təəssüfünü bildirib. Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən M.A.Moratinos  dünyada sülh çağırışı edən Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda mədəni ruhu geri qaytarmaq üçün ilk öncə sülhü qurmaq lazımdır. Ali nümayəndə sülh anlayışının və sülh naminə fəaliyyətlərin daha sıx şəkildə önə sürülməsinin vacibliyini diqqətə çatdırıb.

BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında da fikirlərini bölüşən M.A.Moratinos ölkəmizin beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib: “Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq”. 

Sonra konfrans iştirakçıları italiyalı fotoqraf Fabrizio Continin işğaldan azad edilmiş ərazilərimizdə lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar. 

Xatırladaq ki, Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans mayın 20-də işini davam etdirəcək.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb