Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1329

“Kitabi-Dədə Qorqud” dastanı Özbək dilinə tərcüməsi başa çatıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi əsasında Azərbaycan şifahi xalq ədəbiyyatının şedevrlərindən olan, ən qədim yazılı abidə  "Kitabi-Dədə Qorqud" dastanı Özbək dilinə tərcümə olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanına daxil olan on iki boyu Özbəkistanlı alim, tərcüman Babaxan Şarif Özbək dilinə çevirmişdir.

Qeyd edək ki, Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” eposu xalqımızın söz abidəsidir. Bu dastan yalnız Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm sənət nümunəsidir. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dastanın boylarının əsas mahiyyətinin xalqımızın qəhrəmanlıq tarixi, onun müdrikliyi, yurdun və xalqın qorunması, milli mədəniyyətimizin, adət və ənənələrimizin tərənnümü, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı mübarizəsi və s. xüsusiyyətlərin olduğunu qeyd edərək bu gün də sözügedən görüşlərin aktual və əhəmiyyətli olduğunu bildirib.

Diplomat sözügedən əsərin insanlar arasındakı gözəl münasibətlər, humanizm, məhəbbət, ailə münasibətləri, anaya-qadına hörmət, övlad-valideyn münasibətləri, böyüklərə hörmət məsələlərinin bütün dastan boyu öz əksini tapdığını vurğulayaraq, dastanın gələcək nəsillərimiz olan uşaq və gənclərə, habelə cəmiyyətimizə daha çox tanıtmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.  O, Türk dünyasının bir hissəsi olan, böyük mədəniyyət, ədəbiyyat beşiyi olan Özbəkistanda da “Kitabi Dədə Qorqud” dastanına marağın böyük olduğunu və dastanın ölkənin elm, tədqiqat müəssisələrində öyrənildiyini, tədqiq edildiyini vurğulayıb.

Məhz, bu marağı nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, Türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə Özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.

Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədi ilə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb. Yaradılmış səhifə ilə https://uz.wikipedia.org/wiki/Kitobi_dadam_Qo%CA%BBrqut linkində tanış olmaq mümkündür və sözügedən bölmədə “Kitabi-Dədə Qorqud” dastanının tarixi, dastanın boyları, qəhrəmanları, dastanın dünyada həyata keçirilən tərcümələri, filmoqrafiyası, bu mövzuda həyata keçirilən araşdırma əsərləri yer alıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi