19.01.2022 06:23
Yanvarın 19-da mədəniyyət naziri Anar Kərimovun əməkdar artist, tanınmış müğənni Teymur Əmrahın 50 illik yubileyi münasibətilə imzaladığı Fəxri Fərman sənətkara təqdim olunub. Əməkdar artistə mükafatı İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova təqdim edib. Sevilən sənətkara mədəniyyət nazirinin ən xoş arzularını çatdıran F. Acalova ona gələcək fəaliyyətində uğurlar azulayıb.