Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1396

Beynəlxalq forumun növbəti paneli “Xəmsə” dialoqlarının didaktik rolu” adlanırdı

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 24-də işə başlayan “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu son iş günü – 26 noyabrda 4-cü panel iclasla davam etdi.

“Xəmsə” dialoqlarının didaktik rolu” mövzusuna həsr olunan panel AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovun moderatorluğu ilə gerçəkləşdi.

İtaliyanın Piemonte Universitetinin professoru Stefania Sini “Nizaminin real sözü” adlı məruzəsində qeyd etdi ki, “İskəndərnamə” poemasında şair İsgəndərlə Daranın müqayisəsində birincinin ağıl və məntiqini əşyalarla təsvir edərək hökmdarların düşüncələrini obyektlərin simvolik gücü ilə göstərir.

Özbəkistandan professor Bakijon Tukiyev “Əlişir Nəvainin “Xəmsə”sində Nizaminin tərifi” məruzəsində bildirdi ki, N.Gəncəvi “Xəmsə”sinə cavab olaraq Ə.Nəvainin cəmi 3 ildə (1483-1485) ana dilində “Xəmsə” yaratması onun bədii sənətinin zirvəsi hesab olunur. Alim bildirdi ki, XIV-XV əsrlərdə Nizami əsərlərinin özbək dilinə tərcüməsi sahəsində müəyyən təcrübə əldə edilib. XIV əsrin sonlarında Qütbün “Xosrov və Şirin”, XV əsrin əvvəllərində Xarəzminin isə “Sirlər xəzinəsi” poemalarını özbək dilinə tərcümə etməsi Azərbaycan-özbək ədəbi əlaqələrini genişləndirməklə yanaşı, regionda Nizamiyə olan sevgi və məhəbbəti xeyli artırıb. Öz növbəsində Əlişir Nəvai də “Xəmsə” yazana qədər sarayda özünün birbaşa nəzarəti altında iki dəfə Nizami “Xəmsə”si əlyazmalarının üzünü köçürtdürüb və 1481-ci ildə üzü köçürülən 45 miniatürlü, bəzəkli əlyazmanı özünün şəxsi kitabxanasının eksponatına çevirib.

“Əlişir Nəvainin Nizami Gəncəvi “Xəmsə”sinə münasibəti” adlı məruzə ilə çıxış edən Daşkənd Dövlət Universitetinin müəllimi İlyas İsmayılov Nəvainin əksər əsərlərində Nizami haqqında dəyərli fikirlər söylədiyini dedi. Bildirdi ki, Ə.Nəvai “Xəmsə”ni tamamladıqdan 14 il sonra yazdığı “Mühakəmətül-lüğəteyn” (1499) əsərində Nizami yaradıcılığının ona olan təsirini belə açıqlayır: “Xəmsə” pəncəsinə pəncə vurmuşam. Əvvəlcə “Möminlərin heyrəti” bağında təbim güllər açıbdır ki, ona “Sirlər xəzinəsi”indən Şeyx Nizaminin ruhu başıma dürlər saçıbdır”. Lakin Ə.Nəvai Nizaminin yaratdığı söz meydanına girməyin və Nizami ədəbi yolu ilə getməyin çətin olduğunu və cəsarət tələb etdiyini xüsusi vurğulayır, “Xəmsə” yazmağın böyük məsuliyyət olduğunu nəzərə çatdırır.

Sonra panel iclas diskussiyalarla davam etdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi