Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
630

Beynəlxalq forumun növbəti panel iclası – "Nizami Gəncəvi: müasir dünyaya baxış"

Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu növbəti – üçüncü panel iclasla öz işini davam etdirdi. "Nizami Gəncəvi: müasir dünyaya baxış" mövzusuna həsr olunan panelə Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani moderatorluq edirdi.

Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Ömer Küçükmehmetoğlu "Nizami Gəncəvi haqqında Türkiyədə yazılan dissertasiya işləri" mövzusunda məruzə etdi. O, XX yüzillikdən bəri Türkiyədə dahi Azərbaycan şairinin irsi ilə bağlı elmi tədqiqat işləri aparıldığı, monoqrafiya və kitabların yazıldığını dedi. 

“Nizami Gəncəvi və qlobal düşüncə üsulunun yaranması” mövzusunda çıxış edən Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçilik Akademiyasının professoru Nizami Məmmədov diqqətə çatdırdı ki, Nizami yaradıcılığı əvvəlcə Orta Şərq, sonradan isə Avropa xalqlarının ədəbiyyatına təsir edib. Nizaminin Avropaya təsiri XVII əsrdən başlayır. Nizami öz idealları ilə İslam dünyasını birləşdirib. Onun ideallarında gələcəyə istiqamətlənən sətiraltı mənalar çoxdur.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) Baş katibi, professor Mahmut Erol Kılıç “Nizami simvolları müasir insanlara nə deyər?” mövzusu üzrə çıxışında qeyd etdi ki, biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik. Çünki insanlar Nizami Gəncəvi dəyərlərini bilsə, tolerant bir cəmiyyət qurar.

* * *

Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun professoru Gaga Lomidzenin moderatorluğu ilə panel iclasın ikinci hissəsi davam etdi. 

İclasda Daşkənd Dövlət Universitetinin Özbək dili və ədəbiyyatı kafedrasının müdiri Nurboy Cabbarov “Nizami Gəncəvinin “Xəmsə” yaradıcılıq konsepsiyasının bədii təfsiri”, həmin universitetin professoru Nigina Şerməhəmmədova “Nizami yaradıcılığında humanizm”, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Nizami və çağdaş türk dövlətçiliyi”, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Sayman Aruz “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm və bəşəri dəyərlər”, Albaniya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Entelo Muço "Nizami yaradıcılığı və Albaniya" mövzularında çıxış etdilər. 

Məruzələrdə diqqətə çatdırıldı ki, Şərq və Azərbaycan İntibahının XII əsrdə ən humanist nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı multikulturalizm və tolerantlıq elementləri ilə zəngindir. Böyük şair irqindən, milli və dini mənsubluğundan asılı olmayaraq insana çox yüksək dəyər verib. Dahi Nizaminin əsərlərində türk, rus, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlinir. 

Məruzələrdən sonra diskussiyalarla davam edən panel iclas iş gününü yekunlaşdırdı. 
Qeyd edək ki, “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu noyabrın 26-da iki panel iclasla başa çatacaq.

XƏBƏRLƏR

28.01.2022 14:34
Mədəniyyət naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
28.01.2022 12:13
“Kitabi-Dədə Qorqud” dastanı Özbək dilinə tərcüməsi başa çatıb
27.01.2022 15:58
Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ildə buraxılacaq nəşrlərin siyahısı müəyyənləşib
26.01.2022 15:16
2 fevral – Gənclər günü münasibətilə “Yeni gənclik” musiqi günləri keçiriləcək
26.01.2022 14:03
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev "Azercell"in prezidenti Zərinə Zeynalova ilə görüşüb
25.01.2022 14:21
Ömər Eldarova və Fərhad Bədəlbəyliyə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu
25.01.2022 11:31
Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir
24.01.2022 15:35
“Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi
21.01.2022 10:54
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı
19.01.2022 13:32
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir
18.01.2022 17:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
18.01.2022 14:46
Filarmoniyada Xalq artisti Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib
18.01.2022 14:38
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib
17.01.2022 16:54
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub
17.01.2022 11:28
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi
17.01.2022 11:21
“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu
14.01.2022 17:44
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüş keçirib
14.01.2022 15:33
Layihə yönlü fəaliyyət idarəçiliyin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir
13.01.2022 18:42
“Mədəniyyət/Culture” jurnalı oxucularla görüşə gəlib
13.01.2022 14:14
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi
11.01.2022 14:13
“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb
10.01.2022 16:07
Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm işlər görülüb
01.01.2022 10:18
İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu
30.12.2021 13:26
Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”