Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
989

“Rebuild Karabakh” sərgisi çərçivəsində “Mədəniyyət naminə sülh” qlobal kampaniyası ilə bağlı sessiya keçirildi

Oktyabrın 22-də Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisi (“Rebuild Karabakh” – 2021) çərçivəsində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunan panel sessiyası keçirildi.

Tədbirdə bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri iştirak edirdi.

Sessiyanı giriş sözü ilə açan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev qonaqları salamladı. Bildirdi ki, sessiya “Yalnız mədəniyyətin sülh üçün nə edəcəyini deyil, həm də sülhün mədəniyyət üçün nə edəcəyini düşün” devizi ilə keçirilir.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə çıxış edərək qlobal kampaniya haqqında məlumat verdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin dəstəyi, dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” kampaniyasına Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq tərəfdaşlarla birgə 2021-ci ilin iyun ayında başlanılıb. Kampaniyanın əsas məqsədi müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına orada sülhün yaradılması vasitəsilə nail oluna biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir.

Kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur.

Bu kampaniya eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyi nümayiş etdirir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bildirdi ki, “Mədəniyyət naminə sülh” kampaniyası yeni bir təşəbbüsdür: “Bir il əvvəl Vətən müharibəsində qazanılan Zəfərdən sonra həm Azərbaycan üçün, həm də region üçün yeni bir dönəm başladı. Azərbaycan Respublikası işğal faktını aradan qaldırıb, BMT-nin dörd qətnaməsini birtərəfli və təkbaşına həyata keçirib, torpaqlarını işğaldan azad edib”.

E.Mehdiyev qeyd etdi ki, ölkəmiz müstəqilliyinin ilk illərində bir sıra problemlərlə üzləşmişdi. Azərbaycana 25 il öncə humanitar yardım edilirdi. Lakin qısa müddət ərzində Azərbaycan humanitar yardım alan ölkədən donor ölkəyə çevrildi. Təkcə mövcud pandemiya dövründə Azərbaycandan 33 ölkəyə COVİD-19 virusu ilə mübarizə üçün yardım göndərilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söylədi ki, “Mədəniyyət naminə sülh”ün ölkəmiz tərəfindən başladılması təsadüfi deyil: “Bunun əsas səbəbi torpaqlarımızın otuz ilə yaxın işğal altında olması və sülhün aradan qalxmasıdır. İşğal dövründə mədəni abidələrimiz dağıdılıb, məhv edilib. Sülh özlüyündə insanların rifahının qaldırılması üçün bir vasitədir. Biz işğaldan azad olunmuş ərazilərə səfər edəndə oradakı vəziyyəti görərək erməni vandalizmi miqyasını düşünürük”.

İcraçı direktor dayanıqlı sülhün təmin olunmasının birgə yaşayış modelindən keçdiyini bildirərək regionun dayanıqlı iqtisadi, siyasi və mədəni inkişafını təmin etmək üçün qarşılıqlı əməkdaşlığın vacib olduğunu diqqətə çatdırdı.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasında gənclərin rolunun vacibliyini vurğuladı. Ölkə olaraq böyük tarixi keçmişə, milli dövlətçilik ənənələrinə sahib olduğumuzu söyləyən B.İslamov bu sahibliyin əsas daşıyıcısının və qoruyucusunun da gənclər olduğunu bildirdi.

Sonda sessiya iştirakçılarının mövzu ətrafında sualları cavablandırıldı.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib