Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1113

Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət üzrə İşçi qrupunun iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Yüksək Səviyyəli Şəxslər Komitəsinin 2021-ci ilin 28-29 iyun tarixində keçirilmiş iclasında QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupunda əlaqələndiriciliyə ölkəmizin namizədliyi konsensusla dəstəklənmiş, beləliklə Azərbaycan iki il müddətinə sözügedən işçi qrupunda əlaqələndirici ölkə təyin olunmuşdur.

Bu çərçivədə 21 oktyabr 2021-ci il tarixində Azərbaycanın sədrliyi ilə QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupunun ilk iclası keçirildi. İclasa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik etdi.

Videokonfrans formatında keçirilən iclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi, təşkilatın 10 üzv ölkəsi, PABSEC, Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, müşahidəçilər qismində Misir Ərəb Respublikası, Macarıstan və İsrail, eyni zamanda digər təşkilat və ölkələrin nümayəndələri iştirak etdilər.

İclasda QDİƏT Şurasının Bəyannamə, qərar və tövsiyələrinin həyata keçirilməsi, COVİD-19 pandemiyasının cərəyan etdiyi müddətdə mədəniyyətin dəstəklənməsi istiqamətində mümkün regional əməkdaşlıq və layihələrlə bağlı təcrübə mübadiləsi, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına QDİƏT üzv ölkələrinin birgə nominasiyalarının təqdim olunmasının təşviqi, Mədəni Marşrutlar, Mədəni və Yaradıcı Sənayelər: yaradıcılıq, rəqəmsallaşma və yaradıcı sənayelərdə sahibkarlıq, “QDİƏT Mədəniyyət Həftəsi”, sərgi, film, teatr, opera və balet festivallarında, beynəlxalq kitab sərgilərində qarşılıqlı iştirak və digər məsələlər müzakirə edildi.

İclasda CulTour4Youth, Mədəni və Yaradıcı Regional Ekosistemlər təşəbbüsü, QDİƏT-in uşaqlar üçün coxdilli və multikultural kitabxanasının yaradılması, Qara Dəniz Gənclərin Simfonik Orkestrinin yaradılması və digər layihələrin təqdimatı baş tutdu.

Bununla yanaşı, işçi qrupunun onlayn görüşü zamanı 2021-2023-cü illər üçün Azərbaycanın Mədəniyyət üzrə işçi qrupunda sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış İşçi Qrupun Fəaliyyət Planının təqdimatı keçirildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı. Plan layihəsinə dair təkliflərin cari ilin sonunadək yekunlaşdırılması qərarlaşdırıldı.

Qeyd edək ki, Azərbaycanın QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupunda sədrliyi çərçivəsində işçi qrupunun bir neçə iclasının və mədəniyyət nazirlərinin iclasının keçirilməsi planlaşdırılır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi