Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1175

“Big Idea Challenge” müsabiqəsinin qalibləri ilə görüş keçirildi

20 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Britaniya Şurasının “Creative Spark” təşəbbüsü çərçivəsində hər il Nazirliyin dəstəyi ilə keçirilən “Big Idea Challenge” müsabiqəsinin ölkə qalibləri ilə görüş keçirilib.

Görüşdə Nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri v.i.e. Ramil Abbəkirov və  Britaniya Şurasının nümayəndəsi Nigar Baimova iştirak ediblər.

İlk öncə qonaqları salamlayan Vasif Eyvazzadə qiymətləndirmə mərhələsindən müvəfəqiyyətlə keçərək qalib olanları təbrik edib. Nazirliyin hər zaman innovativ bacarıqlara malik yaradıcı şəxsləri dəstəklədiyini vurğulayıb və bu dəstəyin bundan sonra da davam edəcəyini qeyd edib. Aparat rəhbəri həmçinin Mədəniyyət Nazirliyi və Britaniya Şurası arasında olan münasibətlərə də toxunaraq bu qurumların mədəniyyət və yaradıcılıq sahəsində həyata keçirdikləri birgə layihələri yüksək qiymətləndirib.

Britaniya Şurasının nümayəndəsi Nigar Baimova da öz növbəsində Mədəniyyət Nazirliyinin “Big Idea Challenge” müsabiqəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, qaliblər sırasında 44 günlük Vətən müharibəsi şəhidi, polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevə də yer alıb.

Sonda qaliblərə xüsusi hədiyyələr təqdim olunub.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi