“Səhnədən səngərə: Qazilər" layihəsi çərçivəsində təqdim olunur: Qazi Firdovsi Eyvazov
847
20.10.2021
20.10.2021 11:02
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə: Qazilər" layihəsinin birinci buraxılışını təqdim edir.
44 günlük Vətən müharibəsi dövründə səngərə yollanıb, qəhrəmancasına döyüşən Firdovsi Eyvazov ağır yaralansa da yenidən savaşın ən qaynar nöqtəsinə qayıdır. Qələbə xəbərini isə möhtəşəm rəqsi ilə qarşılayır. Çünki o, həm Vətənini ürəkdən sevən cəsur əsgər, həm də sənətinə bağlı peşəkar rəqqasdır.
Şücaət, dostluq, mərdlik, vətənpərvərlik haqda gerçək hekayə- Qazi Firdovsi Eyvazovun alovlu, qürurlu, qələbə müjdəli savaş yolu...
Həmin videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3jjZ2Ov