Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1724

Mədəniyyət naziri Anar Kərimov G20 Sammiti çərçivəsində İtaliyada keçirilən Dinlərarası Forumla bağlı Bolonyada səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos,  İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası ilə bağlı üçtərəfli görüş keçiriblər.

Görüşdə əsas mövzu Azərbaycanın yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının beynəlxalq sferada uğurla həyata keçirilməsi, BMT sistemində onun təbliği, eyni zamanda islam ölkələri və İslam Əməkdaşlıq Təşkiatına daxil olan müxtəlif təşkilatlar vasitəsilə təşviqinə dair müzakirələr aparıldı.

Həmçinin, görüşdə “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə Azərbaycanla həm BMT-nin Sivilizasiyalar Alyansı, həm də İCESCO ilə birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıldı.

Nazir Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dəstəyin ifadə olunduğunu və bu istiqamətdə Mədəniyyət Nazirliyinə konkret tapşırıqların verildiyini diqqətə çatdırdı. Eyni zamanda bu layihə çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə beşillik fəaliyyət planının hazırlanması, həmçinin fəaliyyət planında BMT-nin Sivilizasiyalar Alyansı ilə yanaşı İCESCO-nun da tərəfdaş qismində müxtəlif layihə və proqramlarının əks olunmasının vacibliyini qeyd etdi.  

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iyun ayında ölkəmizə səfəri zamanı Azərbaycanda ona göstərilən yüksək qonaqpərvərliyə görə təşkilat adından təşəkkürünü bildirdi, Prezident İlham Əliyevlə keçirilən görüşü xatırladaraq, müzakirələr zamanı bu istiqamətdə müxtəlif ideyaların irəli sürüldüyünü diqqətə çatdırdı. Həmçinin, onun tərəfindən bu qlobal kampaniyaya hər cür dəstək veriləcəyini, BMT-də bu layihənin təqdimatının keçiriləcəyini, eyni zamanda BMT Sivilizasiya Alyansı olaraq layihəyə qlobal tərəfdaşların cəlb edilməsində mühüm rol oynayacaqlarını diqqətə çatdırdı.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu qlobal layihəyə təşkilat tərəfindən də böyük önəm verildiyini vurğuladı, hətta layihənin təsis olunduğu tədbirdə təqdim olunan videomüraciətində təşkilat olaraq layihəyə dəstəyin ifadə olunduğunu xatırlatdı. İCESCO-nun hazırda bir çox sülhyaratma layihələri ilə bağlı ideyalarının olduğunu da bildirdi. Hazırda təməli qoyulan bir çox layihənin gələcəkdə kampaniya çərçivəsində inteqrasiyasının vacibliyindən danışdı.

Görüşdə layihəyə yeni tərəfdaşların cəlb edilməsi üçün gələcəkdə qlobal tərəfdaşlıq şəbəkəsinin qurulması, eləcə də bu ilin sonunadək bir sıra vacib addımların atılması qərara alındı. Xüsusən BMT-də layihənin təqdim edilməsinin, həmçinin cari ilin dekabrında İCESCO-nun Baş Konfransında layihə ilə bağlı təqdimatın keçirilməsinin vacibliyi qeyd olundu.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi