Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2440

Müslüm Maqomayevin doğum günündə xatirəsi yad olundu

Avqustun 17-də dünya şöhrətli Azərbaycan musiqiçisi, müğənni və bəstəkar, milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin (1942–2008) anadan olmasının 79-cu ildönümündə I Fəxri xiyabandakı məzarı başında anım mərasimi keçirildi. Sənətkarın məzarının üzərinə tər çiçəklər düzüldü, xatirəsi ehtiramla yad olundu.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, musiqi sənətimizin böyük simalarından olan Müslüm Maqomayev bənzərsiz ifası ilə Azərbaycanı dünyanın bir çox yerlərində hər zaman böyük hörmət və məhəbbətlə təbliğ edib, sevdirib: “Onun yaradıcılığı sovet dönəmində və müstəqillik illərində hər zaman ulu öndər Heydər Əliyevin diqqətində idi və müğənni ümummilli liderimizin qayğısı ilə əhatə olunmuşdu. Sənətkar Azərbaycanın, keçmiş ittifaqın və Rusiyanın ali mükafatlarına layiq görülmüşdü. Müslüm Maqomayev dünyasını dəyişdikdən sonra Bakıda 26 nömrəli musiqi məktəbinə onun adı verildi, yaşadığı binaya xatirə lövhəsi vuruldu. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Bakı şəhərində Müslüm Maqomayevin heykəlinin qoyulması nəzərdə tutulub. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayır. 66 il ömür yaşayan sənətkar musiqi tariximizdə iz qoydu, ömrünü yaradıcılığa həsr etdi”.

Vaqif Əliyev sənətkarın bioqrafiyasından mühüm məqamlara diqqət çəkdi. Qeyd etdi ki, müğənni gənc yaşlarından beynəlxalq festivalların laureatı olub. Azərbaycan Dövlət Konservatoriyasında Şövkət Məmmədovanın sinfini bitirən M.Maqomayev həm Azərbaycan bəstəkarlarının, həm də dünya musiqisi incilərini möhtəşəm konsert zallarında məharətlə ifa edib: “Zaman keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma Müslüm Maqomayev öz səsi və yaradıcılığı ilə hər bir zaman qədirbilən xalqımızın yaddaşında yaşayacaq”.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov M.Maqomayevin Azərbaycan estrada sənətinə verdiyi töhfələrdən söz açdı, onun bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından bəhs etdi. Müğənninin ən çətin ariyaları, lirik estrada mahnılarını ecazkarlıqla səsləndirdiyi diqqətə çatdırıldı. Sərdar Fərəcov həmçinin sənətkarın mütəmadi olaraq Üzeyir bəyin əsərlərinə müraciət etdiyini diqqətə çatdırdı, onun ifasında  səslənən "Sevgili canan" romansının ölməzliyini xüsusi vurğuladı.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov müğənninin Bakıya sonsuz sevgisindən danışdı. Bildirdi ki, o, bütün ömrü uzunu doğulub boya-başa çatdığı şəhərinə sadiq idi. Ömrünün son gününə kimi Bakıdakı dostlarına zəng edərək doğma şəhərini və dostlarını xəbər alardı.

Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva təhsil ocağının fəaliyyəti və sənətkarın xatirəsinə həsr olunan layihələrdən bəhs etdi.

Xatırladaq ki, Azərbaycanın və  SSRİ-nin Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan müğənni, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) bitirib, bir il sonra Polşanın Sopot şəhərində keçirilən beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsert proqramları ilə çıxış edib.

Görkəmli musiqiçi 2008-ci il oktyabrın 25-də Moskvada dünyasını dəyişib. Sənətkarın cənazəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıya gətirilərək I Fəxri xiyabanda torpağa tapşırılıb. Məzarı üzərində abidəsi ucaldılıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb