Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1975

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri davam edir

Mədəniyyət naziri Anar Kərimovun Gürcüstana səfəri davam edir.

İyulun 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb.

Sərgidə Nizami Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilib.

Azərbaycanlı və gürcü rəssamlar öz əsərlərini təqdim ediblər.

Eyni zamanda, Gürcüstanın Kançeli adına simli kvarteti maraqlı konsert proqramı ilə çıxış edib. Ansambl Üzeyir Hacıbəylinin və digər bəstəkarların Nizami Gəncəvinin şeirlərinə bəstələdikləri əsərləri ifa ediblər.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri sərgini izləyiblər.

Anar Kərimov tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.

O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.

Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze dahi söz ustadı, fəlsəfi şair N.Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib.

Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.

Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.

***

Səfər çərçivəsində mədəniyyət naziri Anar Kərimov Gürcüstanda yaşayan soydaşlarımızla görüşüb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia" şirkətinin Baş direktoru Mahir Məmmədov, ziyalılar iştirak ediblər.

Səfir Faiq Quliyev nazir Anar Kərimovun Tbilisiyə səfərinin məqsədi, keçirdiyi görüşlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti daim bu ölkədə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib. Bu siyasət bu gün də davam edir. Azərbaycanın dövlət və hökumət rəsmilərinin Gürcüstana mütəmadi səfərləri, o cümlədən nazir Anar Kərimovun bu səfəri, keçirilən görüşlərdə müzakirə olunan məsələlər buna əyani sübutdur.

Səfir Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyini də qeyd edib. Onların 44 günlük Vətən muharibəsində göstərdikləri maddi, mənəvi dəstəyi, nümayiş etdirdikləri qəhrəmanlıqları xüsusi qeyd edib. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə qazilərin və şəhidlərin yüksək mükafatlara layiq görüldüklərini diqqətə çatdırıb.

Sonra nazir Anar Kərimov çıxış edərək Azərbaycan- Gürcüstan münasibətlərinin inkişafında soydaşlarımızın rolunu qeyd edib. 

Bildirib ki, Gürcüstanda yaşayan, yazıb-yaradan soydaşlarımız ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsində və möhkəmləndirilməsində mühüm rol oynayırlar. 

A.Kərimov xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolunu xüsusi vurğulayıb, Gürcüstanda yaşayan azərbaycanlıların da bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.

Nazir Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra yeni dönəm başladığını bildirib.

O bildirib ki,  zəfər qazanmışıq, lakin beynəlxalq aləmdə təbliğat mübarizəsi davam edir. Qalib xalqın mədəniyyətinin tanıdılması prosesində dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı rol oynamalı, öz töhfəsini verməlidir.

Sonra Tbilisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, ziyalılardan Fatma Əliyeva, Ceyran Qurbanova, Mahmud Kamaloğlu, Şahismayıl Məmmədov, Çingizxan Yaqubov və başqaları çıxış edərək görüşün təşkilinə görə minnətdarlıq ediblər.

Nazir, bu görüşdə müzakirə olunacaq məsələlərin, qaldırılacaq problemlərinin diqqətdən kənarda saxlanılmayacağını bildirib.

Görüşdə soydaşlarımızın inteqrasiyası, qayğı və problemləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndində görkəmli söz-saz ustadı aşıq Kamandar Əfəndiyevin ev muzeyinin açılışı olub.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarulidze, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev və Fatma Ceren Yazgan, TİKA -nin baş direktoru Sərxan Kayalar, Gürcüstan parlamentinin deputatı Zaur Dargallı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə nazir Anar Kərimov, səfirlər Faiq Quliyev, Fatma Ceren Yazgan, Kaxa Sixarulidze, Sərxan Kayalar və başqaları çıxış edərək ev muzeyinin açılışını mühüm hadisə adlandırıblar.

Çıxışçılar bu cür addımların mədəniyyətin inkişafı ilə yanaşı ölkələrimiz arasında mədəni münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

***

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəti çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Etno-muzeyi ziyarət edib.

Gürcüstan Dövlət Muzeyinin direktoru David Lordkipanidze muzeyin tarixi, müxtəlif millətlərin milli mədəniyyət nümunələrinin qorunduğu bölmələr barədə nazirə ətraflı məlumat verib.

Muzeyi gəzərək eksponatlarla tanış olan nazir Anar Kərimov Azərbaycanın milli mədəniyyət nümunələrinin saxlanıldığı guşəyə baxıb.

 

 

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb