Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2293

Azərbaycan Film Komissiyasının təqdimat mərasimi keçirildi

İyunun 28-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi.

Mərasimdən öncə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüş keçirdi. 

Görüşdə Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı, kino sahəsində təcrübə mübadiləsi, mövcud əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıldı, sahənin gələcək inkişaf perspektivləri müzakirə olundu.

Azərbaycan Film Komissiyasının təqdimat mərasimində dövlət qurumları və Bakıdakı diplomatik missiyaların nümayəndələri, ölkəmizdən, eləcə də Türkiyə, Ukrayna, Avstriya, Serbiya və Rusiyadan kino mütəxəssisləri iştirak edib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov hər kəsi salamladı, xarici ölkələrdən təşrif buyuran qonaqlara təşəkkürünü bildirdi. Nazir qeyd etdi ki, Azərbaycan Film Komissiyası beynəlxalq və yerli peşəkar icmalara ölkəmizi çəkiliş məkanı kimi kəşf etməyə imkan verəcək. Məqsədimiz ölkənin bu sahədə potensialını ortaya qoymaqdır.

Vurğulandı ki, bu gün Azərbaycan azad etdiyi torpaqlarda quruculuq işləri aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, Mədəniyyət Nazirliyi də bu bərpa və quruculuq prosesində iştirak edir. Artıq mədəniyyətin bu torpaqlara qaytarılması prosesinə başlanılıb.

Nazirlikdə həyata keçirilən islahatlara toxunan nazir dedi: “Cənab Prezidentin tapşırığına əsasən, nazirlikdə islahatlara başlanılıb. Dövlət başçısının mədəniyyət haqqında tövsiyələrini rəhbər tutaraq islahatlara start vermişik. Bu gün mədəniyyət sahəsi müstəqilliyimizin təzahürü və eyni zamanda iqtisadiyyata töhfə verən bir sahə kimi formalaşmalıdır. İslahatlar prosesində kino sahəsi də prioritet təşkil edir. Ölkəmizdə kino işinin təkmilləşməsi, dünya bazarında Azərbaycanın rəqabətini artırmaq üçün Kino Agentliyinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Film Komissiyası haqqında məlumat verən Anar Kərimov bildirdi ki, bu layihənin gerçəkləşməsi üçün ölkəmizdə hər cür şərait var: mədəni irs, müasir infrastruktur, habelə təbii şərait, tarixi məkanlar və s.

Nazir daha sonra tədbirdə iştirak edən xarici ölkə səfirliklərinin nümayəndələrini yeni komissiyanın işində yaxından iştiraka səslədi. Dedi ki, bu layihə nəinki kino sahəsi, eləcə də ölkə iqtisadiyyatı üçün əhəmiyyəti rol oynayacaq. Diqqətə çatdırıldı ki, il ərzində beynəlxalq istehsalçıların Azərbaycana cəlb olunması həyata keçirilib, eyni zamanda “Netflix” platforması ilə yeni irimiqyaslı layihələr gözlənilir.

Daha sonra çıxış edən Azərbaycan Film Komissiyasının direktoru İlkin Məmmədli bildirdi ki, komissiyanın yaradılması ölkəmizin müxtəlif sahələrdə geniş potensialının göstəricisidir: “Əsas məqsədimiz bu potensialı reallaşdırmaq və Azərbaycanı beynəlxalq kino istehsalçıları üçün geniş imkanları olan çəkiliş məkanı kimi təqdim etmək, beynəlxalq kino istehsalçıları ilə müştərək layihələr həyata keçirmək və ölkəmizə xaricdən maliyyə vəsaitinin cəlb edilməsini təmin etməkdir. Ümid edirik ki, həyata keçirdiyimiz layihələr və ümumi fəaliyyətimiz Azərbaycanın kino sahəsində, habelə digər sahələrdə dünyada tanıdılmasına və nüfuzunun artırılmasına töhfə verəcək”.

Daha sonra İlkin Məmmədli “Filming Azerbaijan” tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilmiş “Azərbaycan” adlı qısa tanıtım çarxını təqdim etdi. Sonra Azərbaycan Film Komissiyasının veb-səhifəsi tanıdıldı. Direktor sonda “Filming Azerbaijan” komandası tərəfindən Azərbaycanın şanlı Qələbəsi ilə yekunlaşan 44 günlük müharibə zamanı işğaldan azad edilən Qarabağa həsr olunmuş və 30 il ərzində dağıdılmış tarixi-mədəni irsimizi əks etdirən videoçarxı təqdim etdi.

Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxış edərək Türkiyə nümayəndə heyətlərinin ötən gün işğaldan azad olunmuş Ağdama səfəri haqda məlumat verdi. O, işğaldan qurtarılmış ərazilərimizin yenidən dirçələcəyinə, buraya həyatın yenidən qayıdacağına əminliyini ifadə etdi. Nazir müavini Türkiyə Film Komissiyasının 2019-cu ildə yaradıldığını vurğulayaraq qardaş ölkə kimi bütün təcrübə və bacarıqlarını Azərbaycanla bölüşəcəklərini diqqətə çatdırdı.

“Lenfilm” kinostudiyasının (Rusiya) baş direktoru Fyodor Şerbakov layihənin təqdimatı münasibətilə azərbaycanlı həmkarlarını təbrik edərək gələcəkdə bu sahədə qarşılıqlı əməkdaşlığın perspektivlərindən söz açdı. O, rusiyalı kinematoqrafçılara bu layihə haqqında məlumat verəcəyini, yaxın zamanlarda qarşılıqlı müzakirələrin keçirilməsi üçün şərait yaranacağına inandığını dedi.

Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov diqqətə çatdırdı ki, əslində, Film Komissiyası təşəbbüsü ölkəmiz üçün yenilik deyil. Çünki 2000-ci illərin əvvəlində Professional Kinorejissorlar Gildiyası tərəfindən bu istiqamətdə əhəmiyyətli addımlar atılmışdı: “Təəssüf ki, növbəti illərdə Azərbaycan kinosunda müşahidə edilən durğunluq Film Komissiyasına dair fəaliyyətin inkişafını ləngitdi və biz Mədəniyyət Nazirliyinin yeni komandası kimi bu təşəbbüsün əhəmiyyətini dərk edərək onu dirçəltməyə qərar verdik”.

Qeyd olundu ki, son bir il ərzində Azərbaycan kinosunda mövcud vəziyyətin ciddi təhlili aparılıb, beynəlxalq təcrübə öyrənilib və nəticədə plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçidin zəruriliyi müəyyən edilib: “Bu keçidin reallaşdırılması məqsədilə üç əsas istiqamət üzrə işlərin həyata keçirilməsinə başlanılmışdı. İlk növbədə kino sahəsində hüquqi-normativ bazanın beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsinə böyük ehtiyac duyulur. Bununla bağlı müvafiq dövlət strukturları ilə əməkdaşlıq aparılır və biz ümid edirik ki, yaxın zamanlarda bu istiqamətdə əhəmiyyətli nəticələrin şahidi olacağıq. İkinci prioritet istiqamət insan kapitalının artırılmasıdır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən bir sıra təlim-tədris proqramları həyata keçirilir və gələcəkdə də kinonun bütün sahələrində təcrübə mübadiləsinin aparılması, ümumi bilik və bacarıq səviyyəsinin artırılması istiqamətində layihələr planlaşdırılır. Üçüncü sahə isə yeni dövrün tələb və çağırışlarına uyğun dayanıqlı infrastrukturun qurulması və inkişaf etdirilməsidir. Mən çox şadam ki, biz bu gün bunun bariz nümunəsi olan Azərbaycan Film Komissiyasını təqdim edirik”.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin rəhbəri Erkin Yılmaz Türkiyə Film Komissiyasının fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, layihə üzrə Türkiyədə 507 film ərsəyə gətirilib. O, bu sahədə Azərbaycanın da uğur qazanacağına şübhə etmədiklərini diqqət çatdırdı.

Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim edildi. Caz musiqisindən ibarət konsertdə Nicat Aslanovun rəhbərliyi ilə Diana Hacıyevanın ifaları maraqla qarşılandı.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!