Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2235

“Mədəniyyət/Culture” jurnalı mart-aprel nömrəsi ilə oxucuların görüşünə gəlib

Nəşrin bu sayında Zəfərli Novruz əhval-ruhiyyəsi üz qabığından başlayaraq bütün səhifələrdə özünü göstərir.

Azərbaycan Prezidentinin Şuşadan – Cıdır düzündən xalqımıza bayram müraciəti ilə açılan jurnalın materialları mədəniyyət nazirinin Novruz təbriki və daha sonra nazirliyin Vətən müharibəsindən sonrakı dövrdə fəaliyyətini əks etdirən ən vacib xəbərlərlə davam edir. Nazirliyin keçirdiyi vətənpərvərlik mövzusunda müsabiqənin qalibi Akif Azalpın müəllifi olduğu “Şəhid türküsü” şeiri şəhidlərimizin müqəddəs ruhuna ehtiram kimi səslənir.

Jurnalın yeni sayında Mədəniyyət Nazirliyinin “Nizami ili”nə töhfələrindən də söz açılır. “Nizami və Nəvai” məqaləsi redaksiyanın bu ilə töhfəsidir .

“Mədəniyyətdən əbədiyyətə...” yazısı Vətən müharibəsinin şəhidi, Qobustan Uşaq incəsənət məktəbinin müəllimi Rauf Əliyevə, “Səhnədən hərb meydanına...“ isə Bakı Uşaq və Gənclər Teatrının aktyorları Qurban Əhmədov və Röyal Allahverdiyev, Akademik Opera və Balet Teatrının əməkdaşı Altun Qaracayevə həsr olunub. “İçərişəhərin şəhid Fəridi” adlı məqalədə Vətən uğrunda canından keçən igidimiz Fərid Əliyevin ömür və döyüş yolundan danışılır.

Nəşrdə həmçinin Xalq şairi Nəriman Həsənzadənin 90 illiyi münasibətilə ilə yubilyarla səmimi söhbət (“İnsanlıqda şair, şairlikdə insan”), nakam şairimiz Əli Kərimin yaradıcılığı haqqında yazı, “Rəngkarlıq” rubrikasında monumentalçı rəssam Oqtay Şıxəliyevin zəngin irsinə nəzər, “Musiqi” rubrikasında üzdəniraq qonşularımızın bizdən oğurladıqları təsniflərin tarixçəsi, “Teatr” rubrikasında professor İlham Rəhimlinin “Bitdi qürbət həsrəti” (Ağdam teatrının yurda dönüşü) və başqa maraqlı yazılar dərc olunub.

Türkiyədə yaşayan jurnalist soydaşımız İbrahim Nəbioğlunun “Düşüncələr”i, konyalı həmyerlimiz Aynur Elxan Nayir haqqında “Uzaqdakı yaxınlar” və s yazılar da jurnalda yer alıb. Nəşrin bu sayında da mədəni irsimizin ən vacib mövzusu Qarabağ, onun mədəni irsi, abidələri , təbiəti, turizm potensialı və möhtəşəm Zəfərimizdir.

“Elm” rubrikasında, hər zaman olduğu kimi, müxtəlif mövzularda tədqiqatlar diqqətə çatdırılır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb