Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1954

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 41-ci sessiyası keçirilir

30 mart tarixində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 41-ci sessiyası öz işinə başlayıb. COVID-19 pandemiyası səbəbindən sessiyanın virtual keçirilməsi qərara alınıb.

Sessiyanın gündəliyinə 2019-2020-ci illər üzrə ICESCO-nun fəaliyyəti üzrə hesabatın, 2019-cu il üzrə maliyyə hesabatının, mədəniyyət, təhsil, elm və texnologiya sahələrində həyata keçirilmiş layihələrə dair hesabatların dinlənilməsi, təşkilatın 2021-ci il üçün nəzərdə tutulan layihələrinin təqdimatı, üzv dövlətlərin Milli Komissiyalarının yeni Nizamnamə layihəsinin, həmçinin Gənc Peşəkarlar Proqramının müzakirəsi, təşkilatın regional mərkəzlərinin və nümayəndəliklərinin fəaliyyəti barədə hesabatların dinlənilməsi və regional mərkəzlərin iş mexanizminin inkişaf etdirilməsi ilə bağlı təkliflərin müzakirəsi və digər məsələlər daxildir.

Sessiyanın birinci günündə ICESCO-nun baş direktoru Salim Məhəmməd Əl-Malik, ICESCO Baş Konfransının 13-cü sessiyasının prezidenti Əli Zeydan Əbu Zuhri və  İordaniya Krallığının təhsil, ali təhsil və elmi araşdırmalar naziri Məhəmməd Xair Abo Qudeis çıxış ediblər.

Sessiyada ölkəmizi təmsil edən ICESCO İcraiyyə Şurasının üzvü, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə ölkəmizin təşkilatla əməkdaşlıq çərçivəsində fəaliyyəti barədə hesabatla çıxış edib.

Milli Komissiyanın baş katibi ICESCO ilə əməkdaşlığın, 44 günlük Vətən müharibəsindən sonra təşkilatın baş direktorunun Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizə səfəri, səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunan ərazilərini ziyarət etməsi və bu məsələdə Azərbaycana göstərilən dəstəyin yüksək qiymətləndirildiyini, habelə işğaldan azad olunan ərazilərdə mədəni irsə dəymiş ziyanın bərpası prosesində ICESCO ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

V.Eyvazzadə çıxışında BMT tərəfindən 2021-ci ilin  “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunması, startapların və yeni layihə platformalarının yaradılması kimi məsələlərə də toxunub.

Qeyd edək ki, ICESCO İcraiyyə Şurasının 41-ci sessiyası 31 mart tarixində başa çatacaqdır.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib