Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2583

Ölkəmizdə mədəniyyət sənayelərinə fiziki məhdudiyyətli insanların cəlb olunması diqqət mərkəzindədir

Martın 15-də Milli Xalça Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və “British Council”ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə 23-26 fevral tarixində keçirilmiş “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi baş tutdu.

Qonaqları salamlayan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, müasir dövrdə hər bir muzey üçün ən önəmli məsələlərdən biri milli irs nümunələri kolleksiyaları haqqında məlumatların hamı üçün əlçatan olması, inklüziv mühitin yaradılmasıdır: “Xalça Muzeyi inklüzivliyi diqqət mərkəzində saxlayır. Bakıda və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə keçirilən “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninq bu mənada əhəmiyyətli layihədir”.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Böyük Britaniyanın uzun illərdir bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan “British Council”ın Azərbaycanda da aktiv fəaliyyət göstərdiyini söyləyən nazir Mədəniyyət Nazirliyi və bu qurumun bir çox layihələrdə birgə əməkdaşlıq etdiyini, “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda treninqin də bu əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğuladı.

Anar Kərimov bildirdi ki, Azərbaycan müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər əldə edib, sosial dövlət statusunu daim gücləndirib, hər bir vətəndaşının, o cümlədən əlilliyi olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək məqsədilə davamlı iş aparılır: “Ölkəmizdə təhsil və mədəniyyət sahəsi inklüzivlik üzrə ilk sıralarda qərarlaşıb. Mədəni sənayelərə fiziki qüsurlu insanların cəlb olunması qarşıda duran prioritet məsələlərdəndir. Bu məsələlərdə biz gələcəkdə də “British Council”ın təcrübəsindən faydalanacağıq. Azərbaycan muzeylərində dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələr müvəffəqiyyətlə həyata keçirilib”.

Layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirən nazir “British Council”, Milli Xalça Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildə Vilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan  xalçaların Xalça Muzeyinə hədiyyə edilməsini iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verən hadisə kimi dəyərləndirdi.

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp çıxışı zamanı bildirdi ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir. O, ötən ay Azərbaycanda səfərdə olan ölkəsinin Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini diqqətə çatdırdı. Bildirdi ki, səfirlik mütəmadi olaraq “British Council” vasitəsilə Azərbaycandakı mədəni layihələrə dəstək olur.

“British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah çıxışında təşkilatın əsas missiyasının insanları bir araya gətirərək mədəniyyətləri yaxınlaşdırmaqdan ibarət olduğunu bildirdi. Dedi ki, əlliliyi olan şəxslərə diqqət göstərilməsi, mədəni irsin təbliği də bu fəaliyyətin əsas istiqamətlərindən biridir.

Çıxışlardan sonra “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin məhdud sayda iştirakçılarına sertifikatlar təqdim edildi.

Daha sonra “Şekspir xalçalarda” müsabiqəsi qaliblərinin eskizləri əsasında toxunan üç xalça Samr Şah tərəfindən Milli Xalça Muzeyinə təqdim olundu.

Tədbir iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə İtaliyanın Sartirano yarmarkasından alınaraq Milli Xalça Muzeyinə hədiyyə edilən və ekspozisiyada nümayiş olunan xalçalara baxış keçirdilər.

Sonda qonaqlar Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisi ilə tanış oldular.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb