Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2247

“Mədəniyyət/Culture” jurnalının builki ilk nömrəsi işıq üzü görüb

Dərginin ötən sayında olduğu kimi, yenə də əsas yazılar 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz, mədəniyyət sahəsinin bu savaşda şəhidlik və qazilik məqamına yüksəlmiş əməkdaşlarının həyat və döyüş yolu, 10 noyabr üçtərəfli bəyanatından sonrakı quruculuq işləri kontekstində tarixi abidələrin bərpası və digər mövzuları əhatə edir.

Baş məqalədə (“Vətəndən Vətənə uzanan yollar”) Böyük Qayıdışa hazırlıq zəminində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 30 illik həsrət və xatirələrlə Şuşaya səfəri, eləcə də ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malikin Qarabağ təəssüratlarından bəhs olunur.

“Biz artıq o şəhərdəyik”, “Şəhidliyin hikməti” həyatını Vətən yolunda qurban vermiş gənclərimiz, “Səhnədən hərb meydanına” yazısı isə cəbhədə igidliklə döyüşmüş mədəniyyət xadimlərimiz haqqında söhbət açır.

Mədəniyyət Nazirliyinin istər işğaldan azad edilmiş ərazilərdəki layihələri (“Qarabağda bərpa prosesi abidələrdən başlayacaq” və “Azərbaycanda xristian dini mirası hər zaman qorunub” məqalələri), istərsə də yeni təqvim ilindəki fəaliyyəti barədə xəbərlər də oxucular tərəfindən böyük maraqla qarşılanacaq.

“Bitdi “qürbət” həsrəti” deyərək, yurd yerlərinə hazırlaşan Şuşa, Ağdam və Füzuli teatrlarının dünəni və bu gününə istedadlı sənətşünas, professor İlham Rəhimlinin dəyərli araşdırmalarında işıq tutulur. Müəllif başqa bir – “70+2, yaxud adaşımın ad günündə ani xatırlamalar” yazısında isə tələbə yoldaşı, Xalq artisti İlham Namiq Kamalla bağlı xatirələrini bölüşür.

Oxucular Azərbaycan mədəniyyəti, Qarabağ problemi, regional və beynəlxalq mövzuda bir çox suallara rusiyalı politoloq və ictimai xadimi ölkəmizin dostu Maksim Şevçenko ilə jurnalın əməkdaşı Samirə Behbudqızının müsahibəsində cavab tapa biləcək.

2021-ci ilin “Nizami Gəncəvi İli” çərçivəsində filologiya üzrə fəlsəfə doktorları Zöhrə Əliyeva və Akif Azalpın “Ədəbiyyat” rubrikasında yer alan “Xəmsə” silsiləsi Şərq renessansının ortaq dəyərlər xəzinəsi kimi…” və “Baburnamə”də Əlişir Nəvai şəxsiyyəti və obrazına dair” məqalələri klassiklərin qiymətli irsinə çağdaş baxışdır.

Əməkdar artist İlham Nəzərovun qələmə aldığı “Yüzlərlə musiqiçinin yoluna işıq saçan müəllim” portret cizgilərində isə tanınmış musiqiçi, Milli Konservatoriyanın dosenti, Əməkdar müəllim Yusif Vəliyevin həyat və yaradıcılığına nəzər salınır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi