Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3746

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub

Fevralın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində bir qrup Vətən müharibəsi qazilərinin abidə mühafizəçisi kimi işə qəbulu ilə əlaqədar görüş keçirilib.

Görüşdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edərək Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən danışıb: “Bu gün bu qəbildən olan insanların işə götürülməsi istiqamətində ilk addımımızdır. İlkin olaraq 10 nəfər işə cəlb olunub. Bu şəxslər əvvəlki və son Vətən müharibəsi döyüşlərində iştirak etmiş qazilərimizdir. Lakin daha bir qrup qazimizin də abidə mühafizəçisi, yardımçı dövlət qulluğu vəzifəsinin daşıyıcısı kimi sıralarımıza qoşulması nəzərdə tutulur. Yeni 6 nəfərin işə cəlb olunması istiqamətində sənədələşmə işləri artıq tamamlanmaq üzrədir”.

Vurğulayıb ki, şəhid ailələrinin və qazilərin işlə təmin olunması daim diqqətdə saxlanılacaq və bundan sonra da bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq. 

Dövlət Xidmətinin rəisi həmçinin qeyd edib ki, bütün ölkə ərazisində, xüsusən də işğaldan azad olunmuş ərazilərdə abidələrin mühafizəsi, bərpası və istifadəsi işinin günümüzün tələblərinə, çağırışlarına uyğun şəkildə həyata keçirilməsi və lazımi koordinasiyanın təşkilini təmin etməyə çalışacağıq.

Vətən müharibəsi iştirakçısı Allahverdi İsgəndərov qeyd edib ki, müharibə veteranı kimi Dövlət Xidmətində işə götürülməsi sevindirici haldır. Vurğulayıb ki, bundan sonra xalqımızın mədəni irsinin qorunmasına xidmət etməkdən qürur duyur.

Vətən müharibəsində könüllü olaraq iştirak edən gənc Turan Hacıyev Vətənin müdafiə olunmasının hər bir şəxs üçün müqəddəs borc olduğunu bildirib. Xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında onun da əməyinin olacağını sevindirici hal kimi dəyərləndirib.

Dövlət Xidmətinin rəisi sonda işə götürülən qaziləri bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yeni formalaşan regional idarələrində abidə mühafizəçisi kimi 16 nəfər müharibə iştirakçısı işlə təmin olunacaqdır.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib