Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2020

Xalq artisti Yalçın Rzazadə vəfat edib

Azərbaycan mədəniyyətinə və  musiqi sənətinə ağır itki üz verib. Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış müğənni Yalçın İmran oğlu Rzazadə 2021-ci il fevralın 22-də 81 yaşında vəfat edib.

Yalçın Rzazadə 1939-cu il dekabrın 15-də Lənkəranda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq, 1970-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültələrini bitirib.

Əmək fəaliyyətinə 1957-ci ildə başlayıb və 50 ildən artıq müddətdə Azərbaycan Dövlət Filarmoniyasında, “Azərkonsert” Birliyində, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Dan ulduzu” ansamblı və digər musiqi kollektivlərinin solisti kimi öz sənəti ilə xalqa xidmət edib.

Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub saxlayan Yalçın Rzazadə eyni zamanda, ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib. Özünəməxsus ifa tərzi, musiqi duyumu ilə seçilən müğənni Azərbaycan bəstəkarlarının bir çox estrada mahnılarının ilk və mahir ifaçısı olub. Uzun illər ərzində onun yüksək məharətlə ifa etdiyi “Bakı, sabahın xeyir” mahnısı bir çox televiziya kanallarının səhər proqramlarının açılışında səslənərək tamaşaçıların zövqünü oxşayıb. Müğənni "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə öz ifası ilə ölməzlik bəxş edib.

Yalçın Rzazadə dünyanın müxtəlif ölkələrində – Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Hindistan, Polşa, İordaniya, Misirdə Azərbaycan estrada sənətinin təbliğində diqqətəlayiq xidmətlər göstərib.

Milli musiqi sənəti sahəsində nailiyyətlərinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən o, Prezident təqaüdçüsü idi.

Müğənni həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət  göstərib, Estrada sənəti kafedrasının professoru olub.

Yalçın Rzazadə ən yaxşı insani keyfiyyətlərə malik olan bir sənət xadimi kimi həmkarlarının dərin hörmət və nüfuzunu qazanmışdı. İstedadlı müğənni, gözəl insan Yalçın Rzazadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb