Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
707

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2021-ci il.

XƏBƏRLƏR

03.03.2021 16:22
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
03.03.2021 14:37
Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyədə görüşləri davam edir
03.03.2021 12:18
Mədəniyyət naziri Ankarada görüşlər keçirib, Prezident Kitabxanasını ziyarət edib
03.03.2021 11:37
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib
03.03.2021 10:29
Mədəniyyət naziri Anar Kərimov TÜRKSOY-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin açılışında iştirak edib, görüşlər keçirib
03.03.2021 08:49
Nazir Anar Kərimov Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri ilə görüşüb
02.03.2021 16:42
“Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib
01.03.2021 19:24
Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
01.03.2021 13:55
Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb
01.03.2021 12:08
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
27.02.2021 12:45
Mədəniyyət naziri Anar Kərimov Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü
26.02.2021 11:34
Xocalı soyqırımına həsr olunan sərgi keçirildi: “Unudulmaz faciə”
25.02.2021 18:07
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
23.02.2021 16:42
Mədəniyyət Nazirliyində Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
23.02.2021 13:52
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
23.02.2021 10:55
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.2021 09:37
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması ilə əlaqədar İtaliyalı ekspertlərlə görüş keçirildi
22.02.2021 09:31
Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib
22.02.2021 08:31
Rusiya Etnoqrafiya Muzeyi Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərini təqdim edir
19.02.2021 18:30
Nazir Anar Kərimov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
19.02.2021 15:27
Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur
18.02.2021 19:35
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
18.02.2021 11:35
Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub
18.02.2021 11:21
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
18.02.2021 09:28
Xalq şairi Nəriman Həsənzadəyə
16.02.2021 18:37
Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
16.02.2021 16:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
12.02.2021 12:26
Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib
11.02.2021 14:46
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
10.02.2021 15:20
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir
09.02.2021 15:36
Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı