Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1008

İstedadlı gənclərə dövlət qayğısı

Hər il 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif sahələrdə uğur qazanmış gənclərimiz dövlət başçısı tərəfindən mükafatlandırılır. Gənclərin fəaliyyətinə verilən yüksək qiymət onları daha səylə çalışmağa, yeni uğurlar qazanmağa sövq edir.

Bu gün dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özünü təsdiq etməsinə, tanınmasına münbit şərait yaradır. Hazırda istedadlı gənclərimizin sorağı yaxın-uzaq ölkələrdən gəlir. Onlar ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər Gənclər üçün Prezident mükafatlarına layiq görülüb.

Mədəniyyət nominasiyası üzrə mükafatçılar sırasında Əhmədov Ramil Bayram oğlu (Ramil Əhməd) və Qarayev Atəş İbrahim oğlu da yer alıb.

Mükafatçılarımızı yaxından tanıyaq:

Atəş Qarayev 1993-cü ildə Bakı şəhərində anadan olub. Bakı şəhərindəki Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbində və paytaxtda fəaliyyət göstərən Şuşa Musiqi Kollecində təhsil alıb. 2014-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı solisti olub. 2015-ci ildə Sankt-Peterburqda keçirilən opera ifaçılarının 7-ci beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Musiqili Teatr tərəfindən “Mövsümün debütü” diplomu ilə təltif olunub.

Atəş Qarayev Beynəlxalq Muğam Mərkəzi, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyi və Milli musiqi günü münasibətilə keçirilən “Canlı xatirə” adlı konsertdə uğurlu çıxışına görə təşəkkürnamə ilə təltif edilib. 2018-ci ildə Moskvada Yelena Obraztsova Fondu tərəfindən təşkil olunan “Xose Karreras Qran-pri” tenorlar müsabiqəsində iştirak edib və finalına yüksəlib. 2019-cu ildə Rusiyanın “Bolşoy teatr”ının gənclər truppasının ilk azərbaycanlı solisti olub.

Atəş Qarayev xalqımıza şanlı Qələbə sevinci yaşadan 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib.

*       *       *

Daha bir mükafatçımız Ramil Əhmədov 1994-cü ildə Bərdədə anadan olub. 2011-ci ildə Şuşa rayon 2 saylı orta məktəbini bitirib, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Buradan məzun olduqdan sonra 2015-2018-ci illərdə Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin magistr pilləsində təhsil alıb. 2018-ci ildə İstanbul Universitetinin yeni türk ədəbiyyatı ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub.

Bədii yaradıcılıqla da məşğul olan Ramil Əhməd Azərbaycan Yazıçılar Birliyi (AYB) və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan 2013-2015-ci illərdə fəaliyyət göstərmiş “Gənc ədiblər məktəbi”nin məzunudur. 2015-ci ildə “Zaman tuneli” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitab həmçinin 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə türk dilində nəşr olunub. 2018-ci ildə müəllifin “İki şəhərin yazıları” adlı esselər kitabı çapdan çıxıb. Gənc yazar həmçinin ötən il Mədəniyyət Nazirliyinin Vətən müharibəsi zamanı elan etdiyi vətənvərpərlik mövzusunda ədəbi yaradıcılıq müsabiqəsində qalib olub.

AYB-nin üzvü olan Ramil Əhməd yaradıcılıq uğurlarına görə 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb, 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” ilə təltif edilib.

Bütün mükafatçıları təbrik edir, yeni uğurlar arzulayırıq.

XƏBƏRLƏR

25.02.2021 18:07
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
23.02.2021 16:42
Mədəniyyət Nazirliyində Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
23.02.2021 13:52
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
23.02.2021 10:55
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.2021 09:37
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması ilə əlaqədar İtaliyalı ekspertlərlə görüş keçirildi
22.02.2021 09:31
Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib
22.02.2021 08:31
Rusiya Etnoqrafiya Muzeyi Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərini təqdim edir
19.02.2021 18:30
Nazir Anar Kərimov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
19.02.2021 15:27
Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur
18.02.2021 19:35
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
18.02.2021 16:19
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.02.2021 11:35
Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub
18.02.2021 11:21
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
18.02.2021 09:28
Xalq şairi Nəriman Həsənzadəyə
16.02.2021 18:37
Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
16.02.2021 16:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
12.02.2021 12:26
Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib
11.02.2021 14:46
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
10.02.2021 15:20
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir
09.02.2021 15:36
Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı
05.02.2021 17:55
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi böyük bəstəkarın doğum gününü qeyd edib
05.02.2021 16:29
Dahi bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
05.02.2021 15:10
“Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu
05.02.2021 13:02
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı İşçi qrupunun onlayn iclası keçirilib
04.02.2021 18:54
UNESCO-nun 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü iclasında çıxışlar baş tutub
04.02.2021 16:04
Böyük Britaniya Film Festivalı bu il onlayn formatda keçirilir
02.02.2021 17:01
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini bir sıra tarixi abidələrə baş çəkib
02.02.2021 14:54
Mədəniyyət Nazirliyinin 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirildi
01.02.2021 17:44
“Azərbaycanda Yaradıcı Sənayelərin İnstitusional Quruluşuna Dəstək” adlı layihə çərçivəsində görüş keçirildi