Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4149

“Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılışı keçirildi

Yanvarın 22-də Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılış mərasimi keçirildi. Sərgi dövlət başçısı tərəfindən elan edilən “Nizami Gəncəvi İli”nin açılış tədbiri kimi əlamətdar idi.

Tədbir çərçivəsində həmçinin Yevgeni Bertelsin ingilis dilində Londonda nəşr olunan “Böyük Azərbaycan şairi Nizami” kitabının və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab-kataloqunun təqdimatı keçirildi.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, professor Kərim Tahirov ötən illərdə rəhbərlik etdiyi mədəniyyət ocağında "Multikulturalizm ili", "Nəsimi ili", “İslam həmrəyliyi ili” çərçivəsində müxtəlif mərasimlərin təşkil olunduğunu bildirdi. Qeyd etdi ki, bugünkü tədbir dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunub. Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Əlamətdar il ərzində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan əlyazmalarının surətlərinin ölkəmizə gətirilməsi diqqət mərkəzində olacaq.

*     *     *

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin, elm və ədəbiyyatının inkişafını diqqətdə saxladığını dedi. Qeyd etdi ki, dövlət başçısı tərəfindən  2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili”, 2019-cu ilin “İmadəddin Nəsimi ili” elan edilməsi, həmçinin görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması ümumilikdə mədəniyyətimizə böyük qayğının təzahürüdür. 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması da bu ənənənin əyani nümunəsidir. Əksər tədbirlərin həm də UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir.

Nazir bildirdi ki, Nizaminin anadan olmasının 800 illik yubileyi 1941-ci ildə, 840 illik yubileyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 870 illik yubileyi 2011-ci ildə geniş miqyasda və UNESCO səviyyəsində qeyd olunub. Bu il də dünya şöhrətli şair və mütəfəkkirin 880 illik yubileyi respublikamızla bərabər, UNESCO-da və bir sıra xarici ölkələrdə, habelə TÜRKSOY çərçivəsində qeyd olunacaq.

Anar Kərimov vurğuladı ki, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində son iki ildə 53 qiymətli əlyazmanın elektron və kağız surətlərinin ölkəmizə gətirilməsi təmin olunub: “Türkiyə, İran, Misir, ABŞ, Avstriya, Bosniya, Çexiya, Rusiya və digər ölkələrin milli kitabxanalarında saxlanılan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Sahib Təbrizi və başqa klassiklərimizə aid qiymətli əlyazmalar vətənə gətirilib. Həmin əlyazmaların içərisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu günədək Azərbaycan elminə məlum olmayan qiymətli əlyazmaları da var. İnanırıq ki, həmin əlyazmalar alimlərimiz tərəfindən geniş tədqiq olunacaq və onların müəlliflərinin dünya ədəbiyyatı klassiklərinin sırasında öz yerlərini daha da möhkəmləndirməsində əhəmiyyətli rol oynayacaq. Bu il "Nizami ili" olduğuna görə biz dahi şairin əlyazmalarının surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetirəcəyik. Nizami haqqında və onun əsərlərindən ibarət çoxlu sayda kitab çap olunacaq”.

Nazir böyük rus şərqşünası Yevgeni Bertelsin təqdim edilən “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verdi. Bildirdi ki, kitab məşhur Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi İdarə heyətinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində həmin Mərkəz tərəfindən nəfis şəkildə nəşr olunub: “İnanıram ki, nizamişünaslığa böyük töhfə olan bu kitab Nizami yaradıcılığının dünya miqyasında daha geniş tanıdılmasında da əvəzsiz rol oynayacaq”.

Anar Kərimov Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycan nəfəsli əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloq haqqında danışarkən qeyd etdi ki, bu nəşr də “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində reallaşıb: “Kataloqda əksini tapan bir sıra əlyazmalarımızın, o cümlədən Nizami Gəncəvi “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının da adı var. Çox təəssüf ki, onların əksəriyyəti bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında əksini tapmayıb. Bu səbəbdən də alim və mütəxəssislərimiz tərəfindən tədqiq edilməyib. Əminəm ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmaların elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək”.

Anar Kərimov çıxışının sonunda “Nizami Gəncəvi İli” münasibətilə bütün ədəbiyyatsevərləri təbrik etdi.

*     *     *

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söylədi ki, bu il "Nizami ili" ilə yanaşı, Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri də keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək.

Xalq yazıçısı Elçin, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Xalça Muzeyinin direktoru Şirin Məlikova və Yazıçılar Birliyinin katibi, “525-ci qəzetin”in baş redaktoru Rəşad Məcid çıxışlarında “Nizami ili”nin əhəmiyyətindən və dahi şairin bənzərsiz irsindən bəhs etdilər.

Daha sonra “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda virtual sərgi nümayiş olundu.

Sonda Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov Nizami Gəncəvinin şeirlərindən nümunələr səsləndirdilər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb