Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2206

"Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirildi

29 dekabr tarixində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "Kreativ Azərbaycan" portalının (creative.az) təşkil etdiyi "Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirdi. Qaliblər qismində “Aydın və Aydan” layihəsinin rəhbəri Rəşid Ağamalıyev, “Kreativmart” layihəsinin rəhbəri Fərrux Rəhimov və “Onlayn rəqəmsal incəsənət arxivi” layihəsinin rəhbəri, “Ta(r)dino” incəsənət platformasının təsisçisi Əsli Səmədova iştirak etdilər.

Görüşdə qalib iştirakçılar öz layihələri barədə məlumat verdilər və Azərbaycanda yaradıcı sənayelərin inkişafı və startap hərəkatının genişlənməsinə dair təkliflərini təqdim etdilər. Anar Kərimov müsabiqə qaliblərini təbrik etdi, onlarla yaradıcı sənayelər və startaplara dair fikir mübadiləsi apardı. O bildirdi ki, Mədəniyyət Nazirliyi ölkəmizdə innovativ fəaliyyətin, o cümlədən startapların dəstəklənməsinə böyük önəm verir və Nazirliyin yeni fəaliyyət strategiyasının formalaşdırılmasında bu istiqamətin əsas istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu qeyd etdi. Sonda, Anar Kərimov qaliblərə layihələrin icrasında uğurlar arzuladı.

Qeyd edək ki, Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Mədəniyyət Nazirliyinin "Kreativ Azərbaycan" portalı 10 aprel 2020-ci il tarixində "Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinə start vermişdir. Layihələrin qəbulu 15 may 2020-ci il tarixinədək davam etmiş və müsabiqəyə 50-ə yaxın layihə təqdim edilmişdir. Bu layihələr sırasından ən uğurlu hesab edilən 7 layihə ikinci, yəni 23 avqust 2020-ci il tarixindən etibarən başlayan video-pitçinq mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin qalibləri münsiflər heyətinin səsverməsi əsasında müəyyən olunmuş və 8 dekabr 2020-ci il tarixində elan edilmişdir:

Layihənin ümumi mükafat fondu 12000 manat təşkil etmişdir.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı