Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3828

Mədəniyyət Nazirliyində kadr təyinatı

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Acalova Fərəh Fuad qızı Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edildi.  

Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2002-ci ildə həmin ixtisas üzrə magistr (fərqlənmə), 2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunun “Gender və inkişaf” ixtisası üzrə magistr (fərqlənmə) pilləsini bitirib. Vyana Diplomatik Akademiyasında Avropa Araşdırmaları üzrə təlim kursunun xüsusi fərqlənmə sertifikatını alıb. Nyu-York Universiteti (ABŞ) və Lund Universitetində (İsveç) beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə təlim kurslarında iştirak edib. ADA Universitetinin orta və yüksək vəzifəli diplomatlar üçün liderliyin inkişafı üzrə xüsusi təlim kursunun ilk məzunlarından biridir.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində çalışıb. Həmin illərdə Sivilizasiyalararası Alyansda Azərbaycan Respublikasının iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə Təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.

2009 və 2019-cu illərdə Azərbaycan diplomatiyasının 90 və 100 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin müvafiq medalları ilə təltif olunub.

2010-cu ildə Koreya Respublikasının Gender Bərabərliyi və Aİlə Nazirliyi və Beynəlxalq Qadın İnkişafı Fondu tərəfindən “Qadın və Gələcək” mükafatına layiq görülüb. 

Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir. 

İngilis, rus, fransız və ispan dillərini bilir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb