Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
377

Görkəmli rejissor və kinodramaturq Həsən Seyidbəylinin xatirəsi anılıb

Dekabrın 22-də Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor, yazıçı, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il avqustun 20-də Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd  edilməsi haqqında sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi, mədəniyyət və kino xadimləri Həsən Seyidbəylinin məzarını ziyarət ediblər. Sənətkarın xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində və Ali ssenari kurslarında təhsil alıb.

Sənətkar ssenari müəllifi olduğu və quruluş verdiyi filmlərlə Azərbaycanın kino  salnaməsinə yeni səhifələr yazıb. Onun kinomuza bəxş etdiyi “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Ömrün səhifələri”, “Xoşbəxtlik qayğıları” və s. bədii filmlər bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir.

Həsən Seyidbəyli 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri olub. 1980-ci il iyunun 25-də vəfat edib

Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidentinin sərəncamına uyğun olaraq, “Azərbaycanfilm” kinostudiyasında görkəmli rejissorun vaxtilə çalışdığı iş otağı təmir edilib. Otaqda onun bəzi şəxsi əşyaları, ekranlaşdırdığı filmlərin foto və afişaları yer alır.

Həmçinin sənətkarın 100 illik yubileyinə həsr edilmiş sənədli film istehsal olunub. “Bizim Həsən müəllim” adlı filmin rejissoru və ssenari müəllifi Yavər Rzayev, prodüseri Fariz Əhmədovdur. Film yerli televiziya kanallarında nümayiş olunacaq.

XƏBƏRLƏR

15.01.2021 13:47
İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı
14.01.2021 16:33
Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb
13.01.2021 14:46
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13.01.2021 09:41
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmunu ilə əlaqədar müzakirələrin aparılması məqsədilə onlayn görüş keçirilib
12.01.2021 18:13
İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib
11.01.2021 19:35
Mədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdü
11.01.2021 10:42
Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib
08.01.2021 18:13
“Mədəniyyət/Culture” jurnalının “Zəfər” sayı...
08.01.2021 10:08
Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşdü
07.01.2021 19:39
Nazir Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev arasında videoformatda görüş keçirildi
06.01.2021 17:27
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
05.01.2021 12:38
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30.12.2020 18:12
"Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirildi
29.12.2020 17:27
İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub
29.12.2020 14:34
Bakı şəhər muzeylərinin rəhbərləri ilə onlayn görüş keçirilib
28.12.2020 09:30
Əməkdar artist Almaz Mustafayeva vəfat edib
25.12.2020 18:55
Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi
24.12.2020 14:07
Mədəniyyət Nazirliyində kadr təyinatı
23.12.2020 16:34
Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsi ilə bağlı müraciət edir
22.12.2020 15:04
Şəhid mədəniyyət işçilərini ehtiramla anırıq!
22.12.2020 13:02
Xalq artisti Sabir Əliyev dünyasını dəyişib
22.12.2020 11:20
Xalq artisti Səfurə İbrahimova vəfat edib
21.12.2020 09:42
Mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirilib
21.12.2020 09:22
Əməkdar artist Atabala Səfərov vəfat edib
18.12.2020 10:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı
17.12.2020 16:56
Anar Kərimov İsveç Krallığının ölkəmizdəki səfiri ilə onlayn görüş keçirdi
16.12.2020 19:44
“Miniatür sənəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi
16.12.2020 19:31
“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi
15.12.2020 17:51
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
14.12.2020 17:22
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası öz işinə başlayıb
14.12.2020 10:05
Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi
11.12.2020 18:42
İtaliyadan satın alınan qədim xalçalarımızın təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubiley tədbiri keçirildi