Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1761

Azərbaycanla Özbəkistan arasında film sənayesində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Özbəkistanın ölkəmizdəki səfirliyi və “Özbəkkino” Milli Agentliyi arasında "Film sənayesində əməkdaşlığın gücləndirilməsi" mövzusunda videokonfrans keçirilib.

Onlayn görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, “Özbəkkino” Milli Agentliyi direktorunun birinci müavini Şuxrat Rizayev, tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri İsa Məmmədov, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Videokonfransın əsas məqsədi film sənayesi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, bu sahə üzrə mütəxəssislərin yeni tərəfdaş imkanları ilə tanış edilməsi  və birgə istehsal üçün açıq olan layihələrin təqdimatı idi.

Görüş zamanı hər iki ölkədə qarşılıqlı kino həftələrinin keçirilməsi, Azərbaycan və Özbəkistan filmlərinin festivallarda iştirakı, milli dəyərlər, ənənələr və mədəniyyət tarixinə əsaslanan birgə kommersiya filmlərinin çəkilməsi və beynəlxalq səviyyəyə çıxarılması barədə söhbət açılıb.

Ortaq layihələrin müzakirəsi zamanı Özbəkistan tərəfi iki qardaş xalqın şairi və yazıçısı Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin, Azərbaycan tərəfi isə Molla (Xoca) Nəsrəddin haqqında birgə filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib.

Videokonfransda 2021-ci ildə böyük özbək şair Əlişir Nəvainin 580 illik və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileylərinin qeyd olunması ilə bağlı bu söz ustadlarının əsərlərinə ictimai marağın, xüsusən də gənclərin marağının artırılmasına xidmət edəcək filmlərin nümayişinin təşkili barədə də danışılıb.

Sonda tərəflər səmərəli fikir mübadiləsindən məmnun olduqlarını, səslənən təşəbbüsləri dəstəklədiklərini və hədəflərin mərhələli şəkildə həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasının vacibliyini qeyd ediblər.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib