Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
327

Azərbaycanın xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyi münasibətilə tədbir keçirildi

Noyabrın 16-da Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirildi.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq tədbir çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatının keçiriləcəyini bildirdi. Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilən layihə çərçivəsində Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın (“Şamaxı”, “Xilə-buta”, “Xətai”, “Əjdahalı”, “Naxçıvan”) təbii yunun öz rəngindən istifadə edərək replikaları toxunub. Qeyd olundu ki, xalçatoxumada bu ən erkən texnoloji üsul sayılır. Təbii boyaq maddələri ilə boyanma prosesi başlanandan sonra bu üsuldan daha az istifadə olunurdu. Müasir dövr Azərbaycan xalçaçılığında ilk dəfə tanınmış xalçaçı-rəssam Cəfər Müciri yunun öz təbii rənglərinin müxtəlif çalarlarından məharətlə istifadə edərək XVII əsrdə yaşayıb-yaratmış şair Saib Təbriziyə həsr olunan xalça toxuyub. Hazırda həmin əsər muzeyin kolleksiyasında saxlanılır.

Sonra Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu.

*     *     *

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əzəli Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Şanlı Qələbə münasibətilə təbriklərini çatdırdı, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarına Allahdan rəhmət dilədi.

Anar Kərimov Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qonaqları və Azərbaycan xalçaçılarını təbrik edərək bu sahədə çalışanlara uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir: “Zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi mədəni irs nümunələri, o cümlədən xalçalar qarət edilib, xarici ölkələrə aparılıb. Sevindirici haldır ki, bir çox nadir xalça nümunələrinin ölkəmizə qaytarılması istiqamətdə addımlar atılıb. Belə ki, muzeylər tərəfindən xarici muzeylərlə əməkdaşlıq əlaqələri qurulur, birgə fəaliyyətlə bağlı memorandumlar imzalanır. Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür. Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin nadir sənət incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə dövlət başçısının sərəncamına əsasən inşa edilən və artıq Bakı şəhərinin simvollarından birinə çevrilmiş açılan sehrli xalça formalı bu bina xalçaçılıq sənətinə verilən dəyərin bariz nümunəsidir”.

Qeyd olundu ki, dövlət tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması böyük əhəmiyyət kəsb edir. 2017-ci ildə 20-dən çox ölkədən mütəxəssislərin iştirakı ilə “Ənənə və innovasiyalar” mövzusuna həsr olunmuş Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun keçirilməsi də bu diqqətin təzahürüdür: “Ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Bu ilin 29 yanvar tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında təşkil olunan “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də bu qəbildəndir”.

Hazırda ölkəmizdə hər kəsin böyük qürur və iftixarla şanlı Qələbəni qeyd etdiyini vurğulayan Anar Kərimov müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpasına başlanacağını bildirdi: “Bu isə o deməkdir ki, illərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı da öz vətəninə qayıdacaq və 30 ilə yaxındır qəriblik həyatı yaşayan xalçalar doğma məkanında sərgilənəcək”.

Anar Kərimov çıxışının sonunda xoş müjdəli bir xəbəri də tədbir iştirakçıları ilə bölüşdü. “Yaxın zamanlarda dünya hərraclarına çıxarılmış Azərbaycana məxsus iki Qarabağ xalçası da əldə edilərək vətənə qaytarılacaq. XVIII-XIX əsrlərə aid bu xalça nümunələri Milli Xalça Muzeyinə gətirildikdən sonra ictimaiyyətə təqdim olunacaq”.

*     *     *

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycan –UNESCO əlaqələrinə toxunub, məhz tədbirin keçirildiyi 16 noyabr tarixinin təşkilatın yaradıldığı gün olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu var. Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Vidadi Muradov isə çıxışında Qarabağ xalçaları, Şuşa Xalça Muzeyinin fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdırıb.

Sonra qonaqlar “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı sərgi ilə tanış oldular.

Tədbirin sonunda Anar Kərimov kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

XƏBƏRLƏR

04.12.2020 15:12
Anar Kərimov Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03.12.2020 18:08
Vətən müharibəsində Qələbəyə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq
02.12.2020 11:10
UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib
02.12.2020 10:57
Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
01.12.2020 17:41
Fransa Respublikasının mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər
01.12.2020 15:02
Azərbaycanla Özbəkistan arasında film sənayesində əməkdaşlıq müzakirə olunub
01.12.2020 09:54
Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin məhv edilməsinə yönəlmiş əməllər ümumbəşər mədəniyyətinə qarşı təcavüz kimi qiymətləndirilməlidir
27.11.2020 11:47
Azərbaycan ilə Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
27.11.2020 11:06
Anar Kərimov ICESCO-nun “Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq onlayn vebinarda çıxış edib
25.11.2020 16:41
Müvəqqəti komendantlıqlar üzrə Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı Koordinasiya qrupunun iclası keçirildi
25.11.2020 10:09
Əjdər Qüdrət oğlu Həmidov
25.11.2020 09:54
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
24.11.2020 17:53
Anar Kərimov ilə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos arasında onlayn görüş keçirildi
24.11.2020 12:45
Harvard İncəsənət Muzeyləri ilə əməkdaşlıq davam edir
23.11.2020 18:05
UNESCO və ISESCO-ya işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqin nəticələri təqdim edilib
23.11.2020 16:48
V Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi
23.11.2020 15:44
Mədəniyyət Nazirliyi Fransanın tanınmış mədəniyyət xadimlərini dürüst olmağa və qərəzsiz mövqe tutmağa çağırır
23.11.2020 14:50
“Qarabağ mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edilib
23.11.2020 10:11
Anar Kərimov AZƏRTAC-a müsahibə verib
20.11.2020 15:32
Mədəniyyət Nazirliyində Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüş keçirildi
20.11.2020 12:22
Anar Kərimov ICESCO-nun baş direktoru ilə onlayn görüş keçirdi
19.11.2020 14:31
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə etiraz edir
19.11.2020 11:10
Anar Kərimov İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
19.11.2020 11:05
MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilib
18.11.2020 18:23
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
18.11.2020 14:16
Mədəniyyət Strategiyasının hazırlanması ilə bağlı ictimai rəy sorğusu keçirilir
13.11.2020 18:28
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqlərin ilkin nəticələri açıqlandı