Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
276

Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib

 Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Baxrom Aşrafxanov ilə görüşüb.

Görüşdə Azərbaycanla Özbəkistan arasında humanitar sahədə və UNESCO çərçivəsində əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivləri, həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.

Türkdilli ölkələrlə münasibətlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirən Anar Kərimov mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında kitabxana sistemi, kinematoqrafiya, muzey işi və mədəni irsin qorunması sahələrində təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Baxrom Aşrafxanov Özbəkistanla Azərbaycan arasında ortaq mədəni dəyərlərin, ədəbi əlaqələrin, incəsənət və miniatür sənəti sahələrində oxşar cəhətlərin yaratdığı potensialdan səmərəli istifadə edilməsinin mövcud əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.  

Diplomat 2021-ci ildə böyük özbək şairi Əlişir Nəvainin 580 və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileylərinin keçirilməsi ilə bağlı iki ölkənin birgə layihələri, habelə qarşılıqlı mədəniyyət günlərinin təşkil edilməsi barədə fikirlərini bölüşüb.  

Görüşdə ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti qeyd edilib, bununla yanaşı Azərbaycanda Özbəkistan Mədəniyyət Evinin yaradılması ilə bağlı fikirlər səsləndirilib.

Sonda Ermənistan ordusunun cəbhə xətti boyunca törətdiyi təxribatlar, yaşayış məntəqələrini, mülki əhalini, obyektləri, o cümlədən tarixi tikililəri ağır artilleriya və raket atəşinə tutması, Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək üçün həyata keçirdiyi əməliyyatlar barədə məlumatlar diqqətə çatdırılıb.

XƏBƏRLƏR

26.10.2020 17:14
Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlanıb
26.10.2020 14:58
Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb
23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI