Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
417

TÜRKSOY-un baş katibi Ermənistanın hərbi hücumları ilə bağlı bəyanat verib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov Ermənistan işğalçı hərbi birləşmələrinin Azərbaycana qarşı yeni hücumları ilə bağlı bəyanat verib.

Baş katib bəyanatında Azərbaycanın işğal olunmuş ərazilərində artan gərginlik və silahlı qarşıdurmalar zamanı mülki şəxslərin həlak olmasından dərin kədər hissi keçirdiyini ifadə edib. O, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş və Azərbaycanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutan məlum dörd qətnamə üzrə həll olunmasının vacibliyini vurğulayıb.

Düsen Kaseinov Türk dünyası mədəniyyət və sənət adamları adından Azərbaycan müqəddəs tarixi torpaqlarındakı müharibənin sülh və əmin-amanlıqla əvəz olunmasını və bəşəri dəyərlərin yenidən çiçəklənməsini arzulayıb.

Baş katib döyüşlərdə həyatını itirən Vətən övladlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyib.

XƏBƏRLƏR

26.10.2020 17:14
Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlanıb
26.10.2020 14:58
Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb
23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb