Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
198

“Digitalart-lab” layihəsi davam edir

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı yeni layihəsi davam edir.

Layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. “Digitalart-lab” Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihədir.

Dünyada və Azərbaycanda dördüncü sənaye inqilabı dövründə gedən sürətli rəqəmsallaşma, innovasiyaların, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi, incəsənət sahəsində də aktuallaşıb.

“Digitalart-lab” adlı layihə ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi daşıyır. Layihənin Mədəniyyət Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin bir neçə mərhələdə reallaşması planlaşdırılır. İlkin mərhələdə bu sahədə fəaliyyət göstərən rəssamların əsərlərinə baxış keçiriləcək: Sonrakı mərhələdə ekspertlər tərəfindən seçilən iştirakçılara Azərbaycanı böyük layihələrdə təmsil edən digital sahədə çalışan rəssam Natiq Kamal və digər mütəxəssislər tərəfindən onlayn treninq və seminarlar təşkil olunacaqdır. Növbəti mərhələdə sənət mübadiləsinin və layihənin nəticəsi olaraq virtual sərgi, iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur. Sizləri yaradıcı potensialınızı bizimlə kəşf etməyə dəvət edirik!

Layihədə iştirak etmək istəyənlər portfoliolarınızı “Digitalart-lab” başlığı ilə qalereyanın mail adresinə (resmqalereya@gmail.com) göndərə bilərlər. Portfoliolar sentyabrın 30-dək göndərilməlidir. 

Seçilmiş namizədlərin adları oktyabr ayının əvvəlində elan olunacaq.

XƏBƏRLƏR

15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb 
02.10.2020 09:10
Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub
01.10.2020 17:16
Uşaq musiqi məktəbinin 13 yaşlı şagirdi düşmən hücumunun qurbanı olub
01.10.2020 14:18
ICESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb