Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2740

Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin və hər iki ölkə konservatoriyalarının dəstəyi ilə ölkələrimiz arasında xalq simli musiqi alətləri ifaçılarının beynəlxalq onlayn müsabiqəsi başa çatıb.

AMM-in direktoru Samir Abbasov iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib, Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı haqqında danışıb, keçirilən bu cür müsabiqələrin iki ölkə arasında mədəni əlaqələri genişləndirməklə yanaşı, yeni-yeni istedadların üzə çıxarılması, milli musiqimizin, musiqi alətlərinin təbliği üçün imkan yaratdığını vurğulayıb.

O, böyük musiqiçilərin yaşadığı Şuşa şəhərinin, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu deyib, münaqişə nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan barədə məlumat verib.

S. Abbasov dövlət səviyyəsində milli musiqimizin, musiqi alətlərimizin təbliği, bu istiqamətdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr barədə danışıb.

Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti, professor Səyavuş Kərimi müsabiqənin qaliblərini təbrik edib, belə maraqlı və aktual mövzuya həsr olunmuş müsabiqəni keçirdiyinə görə Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib. S. Kərimi qeyd edib ki, sentyabrın 18-i günü Azərbaycan xalqının mədəniyyət tarixinə qızıl hərflərlə yazılıb. O, həmin gün görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin anadan olduqlarını qeyd edib, bu tarixin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə Milli Musiqi Günü kimi qeyd edildiyini bildirib.

Özbəkistan Dövlət Konservatoriyasının professoru, “SOQDİANA” xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin bədii rəhbəri, dirijoru Firuzə Əbdürrəhimova Azərbaycanla mədəni əlaqələrin inkişafı barədə danışaraq AMM-nin fəaliyyətini yüksək qiymətləndirib, mərkəzin dəstəyi ilə Özbəkistanda musiqi sahəsi üzrə ali məktəblərdə Azərbaycan bəstəkarlarının əsərlərinin tədris olunduğunu diqqətə çatdırıb, musiqi kollektivlərinin də bu əsərləri sevə-sevə ifa etdiklərini bildirib. O belə tədbirlərin əhəmiyyətini qeyd edib, tədbir çərçivəsində AMK ilə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu, gələcəkdə Bakıya səfər edəcəklərini bildirib.

Daha sonra Azərbaycan və Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının onlayn-müsabiqəsinin qaliblərinin adları elan edilib.

Tar- kaşkar rübabı nominasiyası üzrə Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Dilşod Fozilov birinci, AMK-nın III kurs tələbəsi Hüseyn Quliyev ikinci, AMK-nın məzunu Nurlan Cəbizadə və Özbəkistanın ixtisaslaşdırılmış musiqi-incəsənət məktəbinin 11-ci sinif şagirdi İcod Nazarov üçüncü yerə layiq görülüblər.

Kamança-gicak nominasiyası üzrə AMK-nın gənc müəllimi Mədinə Şahgəldiyevaya birinci, "Soqdiana"nın solisti Sancar Qodirova ikinci, AMK-nın gənc müəllimi Könül Vəliyevaya üçüncü mükafat verilib.

Ud-qanun nominasiyası üzrə AMK-nın yetirməsi Bayram Üzeyirov birinci, həmin ali musiqi məktəbinin III kurs tələbəsi Behnam Məhəmmədəlizadə ikinci, Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Oqabək Akramov üçüncü mükafata layiq görülüblər. Qaliblər Mədəniyyət Mərkəzinin fəxri diplomları və pul mükafatları ilə təltif ediliblər.

Sonda müsabiqə qaliblərin iştirakı ilə hər iki ölkənin milli musiqilərindən ibarət onlayn qala-konsert proqramı təqdim edilib.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib