Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
702

Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı oldu. Mədəniyyət Nazirliyi tərəfindən təmir edilən məktəbin öz qapılarını Milli Musiqi Günündə açması kollektiv tərəfindən böyük sevinclə qarşılandı.

Mərasimdə iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov öncə məktəbin fəaliyyəti haqqında məlumatın yer aldığı və milli musiqi alətlərimizin nümayiş olunduğu stendlə tanış oldu. Anar Kərimov məktəbin əsaslı təmirdən sonra açılışının məhz Milli Musiqi Günündə keçirilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırdı və kollektivi təbrik etdi.

Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsildi və məktəbin sinif otaqlarına baxış keçirildi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri barədə Mədəniyyət nazirinin birinci müavininə məlumat verdi. Bildirildi ki, musiqi məktəbi 1961-ci ildən fəaliyyət  göstərir və o vaxtdan Yasamal rayonu, Hüseyn Cavid prospekti, 4 ünvanında, yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 449 kvadratmetrdir. Məktəbdə 56 nəfərlik zal, 27 sinif otağı, 2 inzibati otaq var.

Fortepiano, violin, fleyta, truba, tar, kamança, qanun, qarmon, nağara, violonçel, gitara, vokal ifaçılığı ixtisaslarının tədris edildiyi məktəbin 126 nəfərdən ibarət müəllim heyəti və 500 nəfərlik şagird kontingenti var.

Diqqətə çatdırıldı ki, Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin  yetirmələri respublika və beynəlxalq miqyaslı müsabiqələrdə çıxışları və qazandıqları uğurlarla müəllimlərin etimadını hər zaman doğruldublar.

Mərasimdə müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edildi.

Anar Kərimov sinif otaqlarına baxdı, burada quraşdırılan müasir musiqi avadanlıqları ilə tanış oldu. Tədris otaqlarında hər dərsə uyğun alətlərinin yer alması, şagirdlərin tədrisi üçün zəruri  ləvazimatla təchiz edilməsi təqdir olundu.

Məktəbin foyesində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənc nəslin musiqi təhsilinə göstərdiyi diqqət və qayğını əks etdirən geniş foto-stendlə də tanış olan Anar Kərimov ümummilli liderin mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin böyük hamisi olduğunu vurğuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün  - 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi ilə bağlı xüsusi fərman imzalayıb. Hər il xalqımız bu bayramı qeyd edir. Ümummilli liderin mədəniyyətimizə qayğıkeş münasibəti bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir.

Sonda Anar Kərimov bir daha məktəbin kollektivinə təbriklərini çatdırdı və gələcək  fəaliyyətlərində uğurlar arzuladı.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb