Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
314

Gənc skripkaçımız beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb

Gənc virtuoz-skripkaçı, Əməkdar artist Elvin Xoca Qəniyev Corc Enesku adına beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb.

Yarımfinalda həmvətənimizlə birlikdə Cennaro Kardaropoli (İtaliya), Civon Kim (Cənubi Koreya), Tassilo Probst (Almaniya), Tomotaka Seki (Yaponiya), Valentin Serban (Rumıniya), Ayaka Usio (Yaponiya), Cavon Ui (Cənubi Koreya) iştirak edəcəklər.

Bu il müsabiqə yeni formatda keçirilir. İlk iki tur onlayn formatda avqustun 20-dən başlayaraq bir ay ərzində keçirilir, violonçel, skripka, fortepiano kateqoriyaları üzrə yarımfinal və finallar isə gələn il mayın 13-21-də Buxarestin “Rumın ateneum” konsert zalında baş tutacaq.

Xatırladaq ki, Elvin Xoca Qəniyev bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib. O, K.Lipinski adına, G.Venyavski adına, P.Çaykovski adına və D.Oystrax adına skripkaçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Elvin Xoca Qəniyev, həmçinin Berlində keçirilmiş II beynəlxalq musiqi müsabiqəsinin qızıl medalına layiq görülüb. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.

XƏBƏRLƏR

26.10.2020 17:14
Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlanıb
26.10.2020 14:58
Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb
23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb