Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1799

“Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) tərəfindən “Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib.

İçərişəhərin, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr olunan konfransın təşkilində əsas məqsəd xarici tərəfdaşlar və ekspertlərlə dünya irsi hesab olunan tarixi şəhərlərin pandemiya dövründə üzləşdikləri əsas çağırışları, post-pandemiya dövründəki inkişaf, plan və strategiyaları müzakirə etmək idi.

Konfransda Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, UNESCO Dünya İrs Mərkəzinin rəhbərliyi, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ICCROM), Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC) və ona üzv olan şəhərlərin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və digər dövlət orqanlarının rəsmiləri iştirak ediblər.

İlk olaraq rəsmi açılış nitqi ilə çıxış edən “İçərişəhər” DTMQ İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən keçən 20 il ərzində Qoruq ərazisində mədəni irsin mühafizəsi, bərpa, restavrasiya və konservasiyası istiqamətində görülən işlər haqqında məlumat verib. Sədr, son illər (pandemiya dövrü daxil olmaqla) Bakı Xanlarının Evi Kompleksi, Yeraltı hamam, habelə, digər abidələrdə aparılan bərpa, konservasiya və restavrasiya işləri, İdarənin pandemiya dövründə virtual, onlayn fəaliyyəti haqqında, post-pandemiya dövrü üçün əsas inkişaf istiqamətləri, xüsusilə də rəqəmsal texnologiyalardan daha da geniş istifadəsindən bəhs edən məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ölkəmizdə mədəni irsin və tarixi abidələrin mühafizəsi istiqamətində görülən işlər haqqında danışıb.

Konfransda, həmçinin OWHC təşkilatının prezidenti və Krakov şəhərinin meri Jacek Majchrowskinin İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə videotəbrik mesajı səsləndirilib.

Sonda müxtəlif məruzələrlə çıxışlar dinlənilib, təcrübə mübadiləsi aparılıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib