Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3097

Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının Beynəlxalq onlayn - müsabiqəsi keçiriləcək

Cari il 10 -18 sentyabr tarixlərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə ifaçıların Beynəlxalq onlayn müsabiqəsi keçiriləcəkdir.

Müsabiqə hər iki ölkənin milli konservatoriyaları, habelə Özbəkistanın “SOQDİANA” Xalq çalğı alətləri ansamblının iştirakı və dəstəyi ilə reallaşdırılır.

Müsabiqənin təşkilində əsas məqsəd milli musiqi alətlərinin təbliği, gənc musiqiçilərin yaradıcılığına dəstək və stimul, onların inkişafı, peşəkar ustalığının, ifaçılıq mədəniyyətinin təkmilləşdirilməsi, yeni istedadlı ifaçıların üzə çıxarılması, ümumilikdə isə xalq musiqisinin təbliği və daha da populyarlaşmasına dəstək görsətməkdir.

Müsabiqə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə aşağıdakı nominasiyalarla onlayn formatda keçiriləcəkdir: tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti üzrə. Hər iştirakçı ifa etdiyi simli alətdə milli musiqi səsləndirəcəkdir. Ümumilikdə iştirakçı təmsil etdiyi ölkə ilə yanaşı qarşı tərəfə aid əsər də ifa edə bilər. Hər nominasiya üzrə qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları və pul mükafatları təqdim olunacaqdır.

Müsabiqə iştirakçılarının çıxışı Azərbaycan və Özbəkistandan qeyd olunan sahə üzrə tanınmış mütəxəsislərdən təşkil olunmuş 5 nəfərlik görkəmli münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqədə konsert təşkilatları, teatr, radio və televiziya qurumlarında çalışan ifaçılar, musiqi sahəsi üzrə ali məktəblərin və orta ixtisas məktəblərinin tələbələri iştirak edə bilərlər. İştirakçıların yaşı 16 yaşdan 35 yaşa qədər müəyyən edilmişdir.

18 sentyabr 2020-ci il tarixində Beynəlxalq musiqi günündə onlayn - müsabiqəyə yekun vurulacaq və qaliblərinin iştirakı ilə onlayn Qala-konsert keçiriləcəkdir.

Qeyd edək ki, müsabiqədə çıxışların video yazısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin internetin youtube.com portalında fəaliyyət göstərən onlayn kanalında yerləşdiriləcək və sosial şəbəkələrdə geniş təbliğ olunacaqdır.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib