Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
314

Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub

Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub. Ötən mövsüm dünyanı çənginə alan COVID-19 pandemiyası teatrın işinə öz təsirini göstərib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov deyib: “Artıq 51-ci teatr mövsümü başa çatıb. Ötən mövsümün son 4 ayı məlum səbəbdən bütün teatrlarda olduğu kimi, Sumqayıt teatrında da bir neçə tamaşanın premyerası və məşqlərinin aparılması mümkün olmadı. Lakin ötən mövsümün ilk ayları bir sıra uğurlu və yaddaqalan layihələrə imza atdıq. 2019-cu ildə Prezident bir neçə görkəmli ədibin, o cümlədən Cəfər Cabbarlının yubileyi ilə əlaqədar Sərəncam imzalayıb. Biz də yaradıcı kollektiv olaraq sərəncama əsasən böyük dramaturqun “Solğun çiçəklər” pyesini repertuara daxil etdik. Əsasən, televiziya filmləri ilə tanınan rejissor Elşən Zeynallını dəvət etdik. C.Cabbarlının “Solğun çiçəkləri”nə müraciət etməyən teatr yoxdur. Tamaşaya baxmış mütəxəssislər də təsdiq edə bilərlər ki, Sumqayıt teatrının 51-ci mövsümünün açılışında göstərilən “Solğun çiçəklər” hər kəsi heyrətləndirə bildi. Sonradan mediada gedən yazılar, analitik təhlillər, resenziyalar da bunu göstərdi”.

M.Həmidov ötən mövsümün həm də Sumqayıtın şəhər statusu almasının 70 illiyinə təsadüf etdiyini qeyd edib. Sumqayıtın yubileyi ilə bağlı dramaturq Əli Əmirliyə verdiyimiz sifariş əsasında onun yazdığı “Sevgilim, Sumqayıt” monumental tamaşasını 51-ci mövsümün başlanğıcından tamaşaçılara təqdim etməyə başladıq.

Teatrın direktoru tamaşada obrazların çoxluğuna və kütləvi səhnələrə görə truppanın bütünlüklə tamaşaya cəlb olunduğun vurğulayıb. İlin sonuna yaxın Sumqayıtın yubileyi ilə bağlı möhtəşəm ümumşəhər tədbiri keçirildi. Meydan tamaşasında da kollektivimiz öz yaradıcılıq imkanlarını nümayiş etdirdi.

Mövsüm üçün təsdiq olunmuş repertuar planı haqqında danışan M.Həmidov bütövlükdə bu məsələnin öz həllini tapdığı bildirib. Belə ki, Azərbaycanın maarifpərvər yazıçısı, publisisti və dramaturqu Cəlil Məmmədquluzadənin yubileyinə töhfə olaraq ədibin “Danabaş kəndinin əhvalatları” povesti Əməkdar artisti Namis Şirməmmədov tərəfindən səhnələşdirilib. Rejissor, eyni zamanda, dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasına da müraciət etdi.

Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ə.Haqverdiyevin yubileyi ilə bağlı “Xortdanın cəhənnəm məktubları” və tanınmış teatrşünas, professor Aydın Talıbzadənin “Tubinot” əsərlərinin eksplikasiyasını hazırladı.

“Çoxdandı teatrlar monotamaşaya müraciət etmirlər”, - deyən Mübariz Həmidov əslində bu janrın maraqlı olmaqla bərabər, aktyorların potensial imkanlarının bütün rənglərinin üzə çıxmasına şərait yaratdığını vurğulayıb.

Teatrın direktoru repertuarda balaca tamaşaçılar üçün də hazırlanan tamaşalar haqqında da danışıb: “Gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesini Xalq artisti Firudin Məhərrəmov gənc aktrisa İlahə Səfərova ilə hazırladılar. Bununla yanaşı, diplom tamaşasını bizim teatrda hazırlayan istedadlı gənc rejissor Ümid Abbas isə istedadlı aktyor Kamran Muradlıyla müəllifin digər əsərinin – “Pələng”in məşqinə start verilib. Hər iki əsərdə psixoloji məqamlar var. Kənardan dəvət prinsipi ilə bu dəfə Gülnar Hacıyevanı uşaq tamaşasına quruluş vermək üçün dəvət etdik. Azərbaycan xalq nağılı “Göyçək Fatma” həmişə uşaqların marağın çəkib. Təəssüf ki, məlum problemlərlə bağlı yalnız “Danabaş kəndinin əhvalatlarına” və “Uşaqlıq” monotamaşasına daxili baxış keçirə bildik.

Koronavirus pandemiyası zamanı məşqlərin onlayn prosesinə start verildi. Virtual repertuar planını tərtib edildi və “evdə qal, sağlam qal, tamaşa izlə” devizi ilə sosial şəbəkə üzərindən tamaşalara təqdim olundu. Həftənin 5 günü 7 tamaşa olmaqla axşam saatlarında böyüklər, gündüz saatlarında isə uşaqlar üçün onlayn tamaşalar verildi”.

Teatrın yaxın perspektivdə, yeni mövsümdə tamaşaçıları hansı yeniliklərə sevindirəcək sualına M.Həmidov bildirib ki, teatrın əməkdaşı Fuad Kazımov Ə.Haqverdiyevin “Kimdir müqəssir” əsərini onlayn məşq vasitəsilə hazırlayıb. “Bir necə monotamaşalar da hazırdır. Belə ki, sentyabr ayında “Kimdir müqəssir” faciəsinin, “Tubinot” və “Danabaş kəndinin əhvalatları” monotamaşalarının premyerası olacaq. Bununla yanaşı, “O olmasın, bu olsun” və “Xortdanın cəhənnəm məktubları” daha çox kütləvi səhnələrlə müşayiət edildiyindən onlayn məşqləri qeyri-mümkün oldu. Sentyabr ayından bu tamaşaların və Gülnar Hacıyevanın yozumunda “Göyçək Fatma” uşaq tamaşasının məşqləri davam etdiriləcək. Habelə bir neçə xarici ədəbiyyat müəlliflərinə müraciət edəcəyik. Yəni biz hər zaman tamaşaçıları düşünürük, onların bütün təbəqələrinin zövq dairəsini, arzu və istəyini nəzərə alırıq”, - deyə Mübariz Həmidov əlavə edib.

XƏBƏRLƏR

13.08.2020 13:47
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Beynəlxalq Gənclər Günü münasibətilə videokonfrans təşkil edib
13.08.2020 13:38
Respublika Gənclər Kitabxanası fondunda olan kitabların virtual sərgisini sosial şəbəkə izləyicilərinə təqdim edib
13.08.2020 10:50
Qardaşlıq münasibətləri qoruyan mədəniyyət
12.08.2020 16:42
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
12.08.2020 16:01
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
11.08.2020 18:31
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11.08.2020 15:23
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.2020 13:09
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə İşçi qrup yaradılıb
10.08.2020 18:05
“Cəngi” etno-caz qrupunun “Evdə qal evdə yarat” təşəbbüsü çərçivəsində yaratdığı kompozisiya beynəlxalq festivalda səsləndirilib
10.08.2020 16:34
Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfrans təşkil olunub
10.08.2020 14:40
Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
07.08.2020 16:22
“Qarabağın mədəni irsi” layihəsi davam edir
07.08.2020 16:19
“Peşəkarlığın qapısını açan könüllülük fəaliyyəti”
06.08.2020 15:47
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
06.08.2020 15:33
Qubada “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçirilib
06.08.2020 10:47
Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub
05.08.2020 17:51
Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub
05.08.2020 15:59
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
05.08.2020 14:23
Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb
05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib