Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2571

“Günəş” vokal kvarteti festivalda uğur qazanıb

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəstəyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına yekun vurulub.

Festivalda Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan H.Arif adına Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Günəş Musayevanın bədii rəhbəri olduğu “Günəş” vokal kvarteti musiqisi C.Cahangirova məxsus “Qarabağ” mahnısı ilə 12-14 yaş vokal qrup nominasiyası üzrə ikinci yerə layiq görülmüşdür. Karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir. Fetivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı İtaliya, Moldova, Qazaxıstan, Rusiya, Belarusiya və Özbəkistanı təmsil edən iştirakçılar çıxış ediblər. Üç yaş qrupu və üç nominasiya üzrə təşkil olunan festivala Təhsil Nazirliyi sistemindəki və digər ölkələrdən müraciət etmiş ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, məktəbdənkənar təhsil müəsisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər daxil olmaqla 1750 nəfər uşaq və gənc müraciət edib.

Festivalın münsiflər heyətində ölkəmizin tanınmış Xalq və Əməkdar artistləri, milli, müasir, bal rəqsləri müəllimləri, baletmeysterlər, xoreoqraflar, sənətşünaslıq üzrə fəlsəfə doktorları, vokal və instrumental ifaçılıq üzrə müəllimləri – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Tamilla Eldarova və Kamilla Hüseynova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Elçin Qədimov, baletmeyster Azərbaycan Respublikası İdman rəqsləri Federasiyasının prezidenti Etibar Məmmədov, Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Azərbaycan Dövlət Milli Konservatoriyasının dosenti Əliağa Sədiyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru ADMİU-nun instrumental ifaçılıq kafedrasının mudiri Səbinə Mehdiyeva, xoreoqraf əmək veteranı medalı laureatı Mahirə Məmmədova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri, xoreoqraf Nazim Nəsirov, vokal və fortepiano müəllimi Esmira Hüseynova və gitara musiqi aləti üzrə müəllimi, Qızıl mikrofon laureatı Fuad Cəfərov təmsil olunub.

İyunun 1-də festivalın final mərhələsi 4 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb Münsiflər heyəti tərəfindən festivala təqdim olunan ifalar üzrə 1750 iştirakçıdan 250 nəfəri seçilərək folklor, klassik, müasir bölmələrin hər nominasiyasında I, II, III və həvəsləndirici yerlər üzrə qiymətləndirilməsi aparılıb.

Qaliblər diplom, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Festivalin “Qran-pri” mükafatına isə Azərbaycan Milli Konservstoriyası tərkibində İncəsənət Gimnaziyasının vokal qrupu layiq görülüb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib