Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
177

Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) növbəti layihəsi ilə Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib.

Mərkəzin “Vikipediya” könüllüləri tərəfindən yaradılan bölmədə Laçın rayonunun tarixi, maddi mədəni irsi, tarixi, memarlıq abidələri, muzeyləri, rayonun tanınmış şəxsiyyətləri və s. məlumatlar öz əksini tapıb.

Laçın rayonu dünyada ən nadir ağac sayılan qırmızı dəmirağacı meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, dərman bitkiləri ilə zəngindir.

Bölmədə rayonun 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd olunur. Səhifədə Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər vurulduğu, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələrinin talan edildiyi vurğulanır.

Rayon ərazisində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin vandalizmə məruz qalması da qeyd edilir.

“Wikipedia”da Laçın rayonu haqqında yaradılan özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Lachin linkində tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri ilə əlaqəli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

XƏBƏRLƏR

04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə