Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2653

Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirib

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.

Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrdə, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət videokonfans rejimində tənzimlənir. Mövcud vəziyyətdə fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının distant formada işləməsi təmin edilib.

Aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Videoqəbulda nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin Aparat rəhbəri Fikrət Babayev, regional idarələrin rəisləri və nazirliyin digər məsul əməkdaşları iştirak edib.

Əbülfəs Qarayev əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronovirusla mübarizədə qətiyyətli addımlar atılır və ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaqdır.

Nazir bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işləri, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirləri yüksək qiymətləndirib. Əbülfəs Qarayev belə tədbirlərin daha da inkişaf etdirilərək gələcəkdə də davamlı həyata keçirilməsinin müasir dövrün tələbləri kimi dəyərləndirib.

Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb. Nazir mədəniyyət işçilərini yaranmış vəziyyətdən səmərəli istifadə edərək öz yaradıcılıqlarını inkişaf etdirməyə, bütövlükdə ölkəmizin mədəni həyatının daha da zənginləşməsinə töhfə verməyə çağırıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib.

Videoqəbulda vətəndaşlar tərəfindən istedadlı uşaqlar üçün mədəniyyətin müxtəlif sahələri üzrə onlayn müsabiqələrin təşkili, ümumrespublika bədii qiraət müsabiqəsinin keçirilməsi, onlayn dərslərin genişləndirilməsi, “Bölgələrdə yaşayan tarix” adlı layihənin icrası, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın qurulması və muzeyin balansa götürülməsi, Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə yeni ştatların verilməsi, ixtisasartırma kurslarının onlayn təşkili barədə müraciətlər səsləndirilib.

Vətəndaşlar həmçinin mədəniyyət müəssisələrinin nəzdindəki biçmə-tikmə dərnəklərində tibbi maskaların hazırlanması, kreativ sənayenin inkişaf etdirilməsi və satışların həyata keçirilməsi üçün regional idarələrin əhatə etdiyi rayon və şəhərlərdə yerli icra hakimiyyət orqanları tərəfindən müəyyən yerlərin ayrılmasına dəstək göstərilməsi, kitabxana fondlarının ehtiyatlarının saytlarda nümayiş etdirilməsi məqsədilə proqram təminatı, kitabxanalarının müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Əbülfəs Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa qəbullarla yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.

XƏBƏRLƏR

03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib