Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4725

Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərgi açılıb

Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı oldu.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbirdə çıxış edərək sərgi haqqında məlumat verdi. Bildirdi ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Muzeyimizin ziyarətçiləri öz evlərindən bizi izləyə bilərlər.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev Milli Xalça Muzeyində mütəmadi təşkil edilən sərgilərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, muzeydə milli mədəniyyətimizin qiymətli nümunələri nümayiş olunur. Fikrət Babayev ilk virtual sərgi münasibətilə muzeyin kollektivini təbrik etdi, uğurlar arzuladı.

Daha sonra sərgi təqdim edildi. Muzeyin direktoru sərgidə nümayiş olunan xalça nümunələrinin hər biri haqqında məlumat verdi. Dedi ki, sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə edilən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunur. Bu əşyalar müxtəlif təşkilat və şəxslər tərəfindən hədiyyə edilmiş, həmçinin özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub. Ümumilikdə son üç ildə muzeyin kolleksiyalarına 68 əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib. Bu gün təqdim olunan nümunələrdən 21 eksponat ilk dəfə sərgilənir.

Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur “Sothebys” hərrac evindən əldə edilən zərgərlik nümunəsi – qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu bəzəklər XIX əsrə aiddir. Bu əşyalar öz üslub xüsusiyyətlərinə görə muzeyin zərgərlik kolleksiyasında yer alan eksponatlar arasında unikal nümunələrdir.

Ş.Məlikova dedi ki, ABŞ vətəndaşları Hilari-Dumas Jones və Jay Jones tərəfindən muzeyə hədiyyə oedilən Quba xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan “Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur: “Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmənnasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına özləri qədər böyük etibar etdiklərinin göstəricisidir. Muzeyimiz dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərlə, o cümlədən Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və s. digər qurumlarla sıx əməkdaşlıq edir. Bu təşkilatlar tərəfindən hədiyyə edilən əşyalar öz kompozisiyası, texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi ilə muzeyin ekspozisiyasında layiqli yer tutur”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov sərgidə nümayiş olunan “Muğan” xalçası haqqında məlumat verdi.

Muzeyin Elmi tədqiqat və milli irsin qorunması və saxlanması şöbəsinin müdiri Aytən Əhmədova isə nümayiş olunan zərgərlik məmulatlarının tarixi və xüsusiyyətləri ilə bağlı çıxış etdi.

Tədbirdə həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirildi.  Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumat yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.

“Zənginləşən xəzinəmiz” sərgisi martın 26-dək ziyarətçilər üçün açıq olacaq.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib