Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1968

Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir

Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində Koventri Universitetində “Yaradıcı sənayelər: imkanlar və çağırışlar” mövzusunda mühazirə ilə çıxış edib.

Əbülfəs Qarayevi universitetin tələbələrinə təqdim edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin rəhbəri professor Maykl Hardi ilk öncə Azərbaycan tərəfindən həyata keçirilən “Bakı Prosesi” təşəbbüsü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və qlobal müxtəlifliyin idarəolunması proseslərində Azərbaycanın rolu barədə tələbələrə məlumat verib. O qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bir sıra istiqamətlərdə uğurlu işlər həyata keçirilir ki, onlardan ən mühüm istiqamət ölkədə yaradıcı sənayelərin inkişafı ilə bağlı mövcud məsələlərin həlli və strategiyaların formalaşdırılmasıdır. M.Hardi bildirib ki, Koventri Universitetin fəxri doktoru və ziyarətçi professoru olan Əbülfəs Qarayev bu sahədə tələbələrlə fikirlərini bölüşmək məqsədilə universiteti ziyarət edib.

Daha sonra Ə.Qarayev Azərbaycan tərəfindən mədəniyyət sahəsində həyata keçirilən çoxsaylı layihələr və bu istiqamətdə yeni bir çağırış olan yaradıcı iqtisadiyyatın formalaşdırılması ilə bağlı tələbələr qarşısında mühazirə ilə çıxış edib. Nazir qeyd edib ki, Azərbaycan bir çox istiqamətlərdə mühüm addımlar atıb, hazırda dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin baş katibi tərəfindən dünyada ən vacib qlobal platforma elan edilib. Nazir bildirib ki, son 20 ildə Böyük Britaniyada xüsusilə inkişaf edən mədəniyyət, texnologiya və iqtisadiyyatın uzlaşmasından ibarət yeni sənaye növü olan yaradıcı sənayelər ölkələrin iqtisaiyyatında mühüm rol oynayır. Nazir hazırda dünyada vacib istiqamətlərdən biri olan bu sənayenin ən inkişaf etmiş regionlarının Cənub-Şərqi Asiya, Avropa və Amerika olduğunu bildirərək Azərbaycanda da bu istiqamətdə layihələrin həyata keçirilməsinə başlandığını bildirib. O, “Kreativ Azərbaycan” portalının təsis edildiyini və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən şirkət və fərdlərin bu portal vasitəsilə Mədəniyyət Nazirliyi ilə əlaqə yaratdığını qeyd edib. Bununla yanaşı Ə.Qarayev yaxın zamanda “Kreativ Azərbaycan Könüllülər Hərəkatı”nın da təsis ediləcəyini və Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişafına dair İnkişaf Proqramının hazırlanması istiqamətində iş aparıldığını vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə Britaniya Şurası (British Council) və Britaniyanın digər aidiyyəti təşkilatları ilə əməkdaşlıq edilir. Mühazirədən sonra tələbələrin sualları cavablandırılıb.

Həmin gün nazir Əbülfəs Qarayev Böyük Britaniyanın yaradıcı sənayelərin inkişafında xüsusi töhfəsi olan “Yaradıcı İngiltərə” (Creative England) təşkilatının rəhbəri, eyni zamanda Yaradıcı Sənayelər Federasiyasının rəhbərliyində təmsil olunan Karolin Norburi (Caroline Norbury) ilə görüşüb. “Yaradıcı İngiltərə” hazırda İngiltərədə sənaye sahələri ilə biznes qurmaq istəyən, həmçinin investisiya qoyan və investisiya axtarışında olan insanlar arasında körpü rolunu oynayır. Bu təşkilatın əsas funksiyalarından biri məhz yaradıcı sənayelərin inkişafında dövlətə dəstək olmaqdır. Təşkilat çoxsaylı layihələr həyata keçirir ki, bu layihələr xüsusilə gələcək iqtisadiyyatın ən mühüm istiqamətləri hesab olunur.

“Yaradıcı İngiltərə”-nin rəhbəri təşkilat barədə ətraflı məlumat verib və təşkilatın öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. O, hazırda təşkilat tərəfindən yaradıcı sənaye sahəsinin problemlərinin araşdırıldığını və dövlət qurumları qarşısında qaldırıldığını qeyd edib. K.Norburi dövlət və özəl sektor nümayəndələrinin Yaradıcı Sənayelər Federasiyasında birgə təmsil olunduğunu, “Yaradıcı İngiltərə” təşkilatının da bu federasiyada təmsil olunduğunu və yaradıcı sənayenin problemlərinin bu federasiya vasitəsilə dövlət qarşısında qaldırıldığını qeyd edib.

Nazir Ə.Qarayev bildirib ki, yaradıcı sənayedə mövcud olan problemlərin araşdırılması və biznes strukturları ilə əlaqələrin yaradılmasına dəstək məqsədilə Azərbaycanda Kreativ Biznes Mərkəzinin açılması nəzərdə tutulub. Bununla yanaşı, nazir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması barədə məlumat verib. Qeyd edib ki, agentliyin yaradılması yaradıcı sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Görüşün sonunda “Yaradıcı İngiltərə” və Britaniya Şurasının nümayəndələrinin Azərbaycana səfər etməsi və əməkdaşlığın istiqamətlərini müəyyən edəcək Yol Xəritəsinin hazırlanması razılaşdırılıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib