Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
679

Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi anılıb

Fevralın 11-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley gecəsində bəstəkarın həyat və yaradıcılığından danışılıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd olunub.

Bildirilib ki, Azərbaycan fortepiano və bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi olan Cahangir Qarayev Bakıda tibb sahəsinin görkəmli xadimləri Mürsəl Qarayev ilə Böyükxanım Nəzirovanın ailəsində dünyaya göz açıb. Onun musiqiyə gəlişində əmisi Qara Qarayevin böyük rolu olub. Uşaqlıqdan musiqiyə dərin həvəsi ilə seçilən C.Qarayev Azərbaycan fortepiano məktəbinin banilərindən biri, Xalq artisti, professor Mayor Brennerin sinfində professional musiqi təhsili alıb. Təhsil aldığı müddətdə musiqinin müxtəlif janrlarında öz bacarığını nümayiş etdirib. O, həm klassik, həm də caz musiqisinə böyük sevgi ilə yanaşıb.

Öz təhsilini musiqi klassikasının ən kamil nümunələri əsasında alan C.Qarayev caz sənətini də ciddi surətdə öyrənməyə başlayıb. Onun maraq və axtarışları özünün yaratdığı və rəhbərlik etdiyi “Cürbəcür” qrupunun fəaliyyətində gerçəkləşir. Böyük rəğbət qazanmış həmin heyətin repertuarına müasir Azərbaycan bəstəkarlarının caz əsərləri daxil idi.

Diqqətə çatdırılıb ki, ötən əsrin 70-80-ci illərində Bakıda həm caz və rok, həm də elektron musiqi sahəsində bir inqilab dövrü başlayıb. Bu dövrdə Bakıda ilk elektron musiqi konsertini də verən C.Qarayev olub. O, həmin dövrdə çətin tapılan elektron musiqi alətlərini əldə etmək üçün hətta müxtəlif eksperimentlər aparıb.

C.Qarayev bəstəkar kimi bədii və cizgi filmlərinə yazdığı musiqilərdə öz potensialını nümayiş etdirə bilib. O, pedaqoji sahədə də uzun müddət çalışıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs dediyi tələbələr hazırda İsveç və ABŞ-da onun yolunu davam etdirirlər. Yaradıcılığının son dövrlərində öz eksperimental musiqi layihələrini həyata keçirib.

Daha sonra yubiley tədbiri konsert proqramı ilə davam edib. Proqramda Xalq artistləri Murad Hüseynov, Murad Adıgözəlzadə, Salman Qəmbərov, Əməkdar artist Şəhriyar İmanov, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və Elbəy Məmmədzadənin ifasında klassik və caz musiqisindən ibarət əsərlər səsləndirilib.

XƏBƏRLƏR

03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib