Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1695

Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı Azerbaijan Design Award çərçivəsində xüsusi loqo müsabiqəsini elan edir

2019-cu ildə Bakı şəhəri UNESKO-nun qərarı ilə bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilmişdir. Bu əsasda Azerbaijan Design Award müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı loqo müsabiqəsini elan edir.

Müsabiqənin qalibi Apple Macbook Air 2019 noutbukunu qazanacaqdır. Mükafat qalibə Azerbaijan Design Award müsabiqəsinin yekun tədbirində təqdim olunacaqdır.

Ölkəmizin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə dəvət edirik!

Layihələr azerbaijandesignaward.com saytında xüsusi “Baku Design City” kateqoriyasında qəbul olunacaq. Layihələrin qəbul tarixi 10 fevral - 20 fevral arasında aparılacaq. Müsabiqənin qalibi Azerbaijan Design Award 2020 layihəsinin final gecəsində canlı elan ediləcək.

İştirak şərtləri:

  • İştirakçı olmaq üçün rəsmi saytda qeydiyyatdan keçmək lazımdır.
  • Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər.
  • Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır. 
  • Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır.
  • Təqdim olunan layihənin izahedici mətni olmalıdır.
  • Təqdim olunan layihələr sizə məxsus olmalıdır.

Qeydiyyat linki: azerbaijandesignaward.com/register

UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi haqqında məlumat: https://en.unesco.org/creative-cities/home

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb