Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
814

"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək

“Azerbaijan Design Award” ölkənin ən yaxşı dizaynerləri arasında müsabiqə elan edir.

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir. 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə 10 dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayır. Layihənin təsisçi və təşkilatşıları gənc dizaynerlər - Rəhim İsmayılov (müəllif, həmtəsisçi), Ramin Nəsirov (həmtəsisçi) və Elşən Quliyevdir (həmtəsisçi).  

Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib. 18 münsifin olduğu layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə, İrandan olan münsiflər yer alır. Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndirəcək.

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər:

  1. brendinq
  2. qablaşdırma dizaynı
  3. illustrasiya
  4. veb dizayn
  5. sənaye dizaynı
  6. tətbiqetmə (app) dizaynı
  7. interyer dizaynı
  8. eksteryer dizaynı
  9. çap dizaynı
  10. outdoor dizaynı

Layihənin qalibləri mart ayında keçiriləcək möhtəşəm final gecəsində 400 nəfərdən artıq dəvətlinin qarşısında canlı şəkildə elan olunacaqlar.

Finalçılara “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim ediləcək. 

Bütün yaradıcı insanları bu layihədə iştirak etməyə dəvət edirik.

Layihələrin qəbulu: 13 yanvar - 17 fevral 2020-ci il.

Qeydiyyat: http://azerbaijandesignaward.com/register 


facebook.com/azerbaijandesignaward

linkedin.com/azerbaijandesignaward

instagram.com/azerbaijandesignaward

 

Əlaqə üçün - info@azerbaijandesignaward.com

Mənbə: www.azerbaijandesignaward.com

 

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb