Yanvarın 18-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konsert proqramı keçirildi.
Anım tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi.
Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam etdi.
Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə keçirilən konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi.
Konsert proqramında Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən “Adagio” və “Final, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhə, Azər Rzayevin “Bakı 90” simfoniyası əsərləri səsləndirildi.
Canlı yayımı buradan ("Mədəniyyət Televiziyası" bölməsi) izləmək mümkündür.