Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə ilə əlaqədar Bakı və Bakıətrafı qəsəbələrdəki Mədəniyyət müəssisələrində təşkil olunan “Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində yanvarın 16-də
Qaradağ rayon Heydər Əliyev Mərkəzində növbəti tədbir təşkil olunmuşdur.Mədəniyyət Nazirliyinin əməkdaşı Elşad Əliyev, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Mərkəzin direktoru Samirə Həsənova və digər qonaqların da iştirak etdiyi tədbir dövlət himninin səslənməsi və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Mərkəzin direktoru Samirə Həsənova, əməkdaşları Arzu İbrahimova, Aytac Tağıyeva çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxladığını, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini bildirmişlər.
Daha sonra 166 saylı orta məktəbin 4-cu sinif şagirdlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilmişdir.
Sonda Mədəniyyət Nazirliyinin sifarişi ilə Milli Qəhrəman İlham Əliyev haqqında çəkilən “Yuxu” sənədli filmi nümayiş olunmuş və böyük maraqla qarşılanmışdır.