Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3074

Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş nəşrlərin təqdimatı keçirildi

Yanvarın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar - qan yaddaşımız” adlı broşürün və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirildi.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə, Qara Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə reallaşan tədbirdə həmçinin “20 Yanvar” İctimai Birliyi tərəfindən nəşr olunmuş “Qalibiyyət qartalları” kitabı da təqdim olundu.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov faciənin tarixindən söz açdı. Bildirdi ki, 1990-cı il yanvar ayının 20-nə keçən gecə sovet ordu birləşmələrinin Bakıda törətdiyi qanlı faciənin hər ildönümündə ölkəmiz və xaricdə müxtəlif anım tədbirləri təşkil olunur.

Direktor qeyd etdi ki, 20 yanvar tarixi Azərbaycan xalqının tarixində sadəcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanır: “Xalqımız həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda ölüm-dirim mübarizəsi aparmağa qadirdir”.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxışında dedi ki, 20 Yanvar faciəsi xalqımızın milli iradəsini, azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən övladları müstəqilliyimizə yol açdılar. Ona görə də 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir.

Qeyd olundu ki, hər il Milli Kitabxanada Qanlı Yanvar haqqında tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər, o cümlədən kitab sərgiləri, təqdimatlar, film nümayişləri keçirilir. Faciənin 30-cu ildönümü ilə bağlı kitabxananın saytında “20 Yanvar - qan yaddaşımız” adlı elektron məlumat bazası yerləşdirilib.

Daha sonra 20 Yanvar şəhidləri haqqında qısa videofilm nümayiş olundu, şeirlər söylənildi.

Sonda tədbir iştirakçıları faciəyə həsr edilən elektron məlumat bazası ilə tanış oldular.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi