Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
519

Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyev Türkiyədə mükafata layiq görülüb

Tanınmış gənc violin ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Elvin Hoca Qəniyev Türkiyənin 2019-cu il üçün “Aydın Gün Təşviq Mükafatı”na layiq görülüb. İstanbul Mədəniyyət və Sənət Vəqfinin (İMSV) mədəniyyət və sənət sahəsinə, eləcə də gələcəyin sənətçilərinin yetişməsinə dəstək məqsədilə 2012-ci ildə təsis etdiyi mükafat Elvinə bu ilin iyun ayında təşkil olunacaq 48-ci İstanbul Musiqi Festivalının açılış mərasimində təqdim ediləcək.

1997-ci ildə musiqiçi ailəsində dünyaya gələn Elvin 5 yaşından skripka ifa etməyə başlayıb. Səkkiz yaşında babası - Azərbaycanın Xalq artisti, skripkaçı və dirijor Sərvər Qəniyevlə birlikdə ilk konsertini verib. Həmin il İsveçrənin Sürix Konservatoriyasının “Gənc sənətçi” proqramına daxil edilib. 10 yaşında Vladimir Spivakovun rəhbərliyi ilə “Moskva virtuozları” ilə birlikdə Kreml Sarayında ilk konsertini təqdim edib.

İspaniyanın paytaxtı Madriddə Reina Sofia İncəsənət Mərkəzinin Ali Musiqi Məktəbini bitirən gənc ifaçı hazırda Almaniyada Hannover Musiqi, Teatr və Media Universitetində təhsilini davam etdirir.

Virtuoz ifaçı indiyədək bir çox müsabiqə və festivallarda uğur qazanıb. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

Qeyd edək ki, Aydın Gün (1917-2007) İstanbul və Ankara operalarının banisi olmaqla yanaşı, İstanbul Mədəniyyət və Sənət Vəqfinin də yaradıcısıdır. O, 1974-1993-cü illərdə İMSV-nin baş meneceri olaraq fondun bir çox layihələrinə rəhbərlik edib. A.Gün 1988-ci ildə Türkiyənin "Dövlət sənətçisi" adına layiq görülüb, “Avropa Şurası Mədəniyyət Mükafatı"nın sahibidir. 90-cı illərin sonunda ailəsi ilə Berlinə köçən opera ifaçısı sənətini orada davam etdirib, Almaniyada vəfat edib.

XƏBƏRLƏR

25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub