Xətai Sənət Mərkəzində növbəti sərgi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr ediləcək
978
14.01.2020
14.01.2020 09:58
Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Yanvarın 17-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Qaliblər diplomlarla təltif ediləcək. Müsabiqəyə respublikanın müxtəlif guşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə virtual qaydada qatılıb. 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunub.